Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Mixeil Saakaşvili xalqa müraciət etdi

17 yanvar / 22:33 3 dəq
1668862550 saakasvili
17 yanvar / 22:33
Burada sizin reklamınız ola bilər
“Müxalifətin birliyi gözəllik müsabiqəsi deyil – məni dəmir barmaqlıqlar arxasında görmək istəyənlər anlamırlar ki, əgər mən sizin aranızda olmaq şərəfinə malik olsaydım, Tbilisinin, Batuminin, Zuqdidinin, Kutaisinin küçələrində çox daha erkən kömək edərdim sizlərə və hər şey sülh yolu ilə başa çatardı, çünki mənim bununla bağlı təcrübəm var, bəlkə də ən böyük təcrübə”.

Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili klinikadan məhkəmə iclasına onlayn qoşularkən ölkədəki etiraz aksiyaları barədə danışarkən deyib.

Onun sözlərinə görə, çox adam onun xalqa müraciət etməsini xoşlamır.

“Bilirsinizmi, təəccübləndirici nədir? Həmin insanlar ki, siyasi məhbusların azad olunmasını tələb edirlər, söz azadlığı uğrunda mübarizə aparırlar, amma mənim ədalətsiz həbsimi müdafiə etmirlər, buna göz yumurlar, hətta əksinə, həbsimin daha da ağırlaşdırılmasını tələb edirlər və mənim söz deməyimə qarşı qəti allergiya göstərirlər. Bu, təəccübləndirici və paradoksal deyilmi?!

Müxalifətin birliyi çox vacibdir. Müxalifətin birliyi müxtəlif siyasətçilərin ayrı-ayrılıqda gözəllik müsabiqəsi deyil. Təbii ki, bu, xalqımızın ətrafında birləşməkdir. Tbilisinin küçələrində baş verən hadisələrdə, əslində, artıq yeni Gürcüstan doğulub və məni dəmir barmaqlıqlar arxasında görmək istəyənlər anlamırlar ki, əgər mən orada olsaydım və sizin aranızda olmaq şərəfinə malik olsaydım, Tbilisinin, Batuminin, Zuqdidinin, Kutaisinin küçələrində çox daha erkən kömək edərdim sizlərə və hər şey sülh yolu ilə başa çatardı, çünki mənim bununla bağlı təcrübəm var, bəlkə də ən böyük təcrübə. Mən sizin hər birinizin cəsarəti qarşısında baş əyirəm. Mən də özümü fəda etdim və Gürcüstanın ayağa qalxması üçün hər şeyimi verdim. Mən həmişə Gürcüstanın gələcəyinə pozitiv baxmışam” , – deyə Mixeil Saakaşvili qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı