Dünya

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

8 iyul / 09:00 1 dəq
Indir 2024 07 08T090010.459
8 iyul / 09:00
Burada sizin reklamınız ola bilər

Böyük Britaniyanın Müdafiə Nazirliyinin yeni rəhbəri “Brimstone” raketlərinin Ukraynaya tədarükü ilə bağlı məlumat verib.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, Böyük Britaniya əlavə olaraq Ukraynaya 90 dəqiq idarə olunan “Brimstone” raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və iki yüz əlli min də döyüş sursatı verəcək. Bunu Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı deyib.

Kiyevə növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minaaxtaran maşın, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər