Maraqlı

İbrahim Tatlısəs mirasını dövlətə bağışladı

Bu gün / 10:41 1 dəq
Ibrahim tatlises
Bu gün / 10:41
Burada sizin reklamınız ola bilər

Bir neçə gün əvvəl halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən və əməliyyat olunan İbrahim Tatlısəs artıq evə buraxılıb.

Qerbxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, Tatlısəs “Vəsiyyətinizi düşünmüsüzmü?” sualına cavab olaraq bütün var-dövlətini dövlətə bağışladığını bildirib.

“Dövlətə bağışladım, övladlarıma kuruş belə yox. Mən hər şeyi özüm qurmuşam, özüm qazanmışam. Lazım gələrsə, hamısını paylayaram”, – deyə o qeyd edib.

Xatırladaq ki, tanınmış müğənninin övladları arasında bir müddət əvvəl mirasla bağlı münaqişə baş vermişdi. Məsələ ailə daxilindən çıxaraq, mediyanın gündəminə çevrilmişdir.

Paylaş
Burada sizin reklamınız ola bilər