Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfrans təxirə salınıb. Daha əvvəl planlaşdırıldığı kimi iyunun 17-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilməyəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
Onun sözlərinə görə, konfrans logistika və təhlükəsizlik səbəbləri, o cümlədən Fələstin rəhbərlərinin BMT-yə gələ bilməməsi səbəbindən təxirə salınıb.
“Bununla belə, konfrans mümkün qədər tez keçiriləcək. Yaxın günlərdə, xüsusən Səudiyyə Ərəbistanı da daxil olmaqla region liderləri ilə əməkdaşlıq çərçivəsində yeni tarix müəyyən olunacaq”, – deyə Makron bildirib.
Fransa lideri qeyd edib ki, bu məsələ ölkəsinin Fələstin dövlətini tanımaq niyyətini dəyişməyəcək.