Ağstafa

Qazax-İcevan dəmir yolu açıla bilər

17 dekabr / 15:15 1 dəq
Qatarlar
17 dekabr / 15:15
Burada sizin reklamınız ola bilər

İrəvanın Azərbaycan və Ermənistan arasında dəmiryolu əlaqəsini bərpa etməyə hazır olduğu bildirilir. Bu barədə dekabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə danışıb.

Paşinyan qeyd edib ki, bu xətt üzrə iki marşrut var: Azərbaycanın Qazax rayonunu Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi də Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutu.

“Hesab edirik ki, Azərbaycanın qərb rayonları həm də şimal marşrutu ilə Naxçıvan Muxtar Respublikası və xarici dünya ilə əlaqə saxlaya bilər”, – Paşinyan belə deyib.

Baş nazir Ermənistanın rəsmi şəkildə buna hazır olduğunu bildirib.

Nikol Paşinyan onu da deyib ki, Ermənistan-Türkiyə dəmir yolunun açılması, eləcə də mövcud iki Ermənistan-Türkiyə magistralının yenidən qurulması və açılması üçün eyni istək nümayiş etdirir.

mənbə: Meydantv

Paylaş
Burada sizin reklamınız ola bilər