Dekabrın 23-ü və 24-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında intensiv, bəzi yerlərdə isə güclü qar yağacaq.
Report-un xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.