Son Xəbərlər
Türkiyə vətəndaşların silah sahibi olması qaydalarını sərtləşdirəcək Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir İranın danışıqlardan imtinası müharibə istəyi deyil, diplomatiyada üstünlük əldə etmək cəhdidir-Asif Nərimanlı yazır.. Paşinyan xalqa səsləndi: “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun” Samuxda Kür “dəliləndi” Tramp: İranla sülh olmayacaq.. Azərbaycanla Ermənistan arasında sülh sazişi Türkiyədə imzalana bilər-Elxan Şahinoğlu Nikol Paşinyan :Türkiyə və Azərbaycanla danışacağımız bir şey varsa, niyə danışmamalıyıq İran müharibə istəmir-Məsud Pezeşkian ABŞ İranda kimlə danışır? Xamneyi ilə əlaqə yox, SEHAP isə başqa kimsəni ciddiyə almır Türkiyə vətəndaşların silah sahibi olması qaydalarını sərtləşdirəcək Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir İranın danışıqlardan imtinası müharibə istəyi deyil, diplomatiyada üstünlük əldə etmək cəhdidir-Asif Nərimanlı yazır.. Paşinyan xalqa səsləndi: “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun” Samuxda Kür “dəliləndi” Tramp: İranla sülh olmayacaq.. Azərbaycanla Ermənistan arasında sülh sazişi Türkiyədə imzalana bilər-Elxan Şahinoğlu Nikol Paşinyan :Türkiyə və Azərbaycanla danışacağımız bir şey varsa, niyə danışmamalıyıq İran müharibə istəmir-Məsud Pezeşkian ABŞ İranda kimlə danışır? Xamneyi ilə əlaqə yox, SEHAP isə başqa kimsəni ciddiyə almır
Qafqaz

Azərbaycanla Ermənistan arasında sülh sazişi Türkiyədə imzalana bilər-Elxan Şahinoğlu

Dünən / 22:11 2 dəq
Dünən / 22:11
Burada sizin reklamınız ola bilər

Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb.  Rəsmi Ankara da bunda maraqlıdır.

Qerbxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ermənistan rəsmiləri Türkiyədə keçirlən müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər:

“Ermənistan Baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini deyib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir. Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Ermənistana Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil olmağı təklif edib. Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”.

Paylaş
Burada sizin reklamınız ola bilər