İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb. Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla qızıl medala layiq görülüb və dünya çempionu tituluna sahib olub.
Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanı təmsil edən Gövhər Beydullayeva rapid üzrə dünya çempionatında 11 oyundan 9 xal toplayaraq çempionatı birinci pillədə başa vurub, qızıl medal əldə edib. G.Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub və bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın iki şahmatçısı İtaliyada keçirilən yarışlarda ümumilikdə 2-si qızıl olmaqla, 3 medal əldə edib.