Tovuz və Şəmkirdə elektrik enerjisinin verilməsində fasilə yaranıb
Azərbaycanın bölgələrində axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Gəncə şəhərində, Tovuz və Şəmkir rayonlarının hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
“Qərb Xəbər” bildirir ki, elektrik dirəyinin aşması nəticəsində Tovuzun Şamlıq ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, hazırda bölgədə küləkli hava şəraiti davam edir.





