Kateqoriyasız

Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb – Siyahı

17 noyabr / 11:20 2 dəq
7babbc3d 0e6b 3e25 a227 c548feee3a2c
17 noyabr / 11:20
Burada sizin reklamınız ola bilər

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhid olan hərbçilərin siyahısı:

– leytenant Niftəliyev Ümüd Oruc oğlu;

– gizir Cabbarov Orxan Hətəm oğlu;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

– əsgər Ağayev Elçin Mərifət oğlu;

– əsgər Əlizadə Elmin Samir oğlu;

– əsgər Əliyev Elçin Ramil oğlu;

– əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan Azərbaycan hərbi qulluqçularının yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Bundan əlavə, nazirliyin məlumatına görə, döyüşlərdə 10 nəfər Azərbaycan hərbi qulluqçusu yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Paylaş
Burada sizin reklamınız ola bilər