Kateqoriyasız

Azərbaycan hərbçiləri NATO-nun komanda-qərargah təlimində iştirak edib

4 iyun / 16:36 1 dəq
Fh 900x600
4 iyun / 16:36
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun “Qətiyyətli Güc-2025” (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib.

Müdafiə Nazirliyindən Qerbxeber.com-a verilən məlumata görə, Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib.

Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəlib.
Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır.

Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

684035bd12951684035bd129521749038525684035bd1294f684035bd12950 684035bd18dbe684035bd18dbf1749038525684035bd18dbc684035bd18dbd

Paylaş
Burada sizin reklamınız ola bilər