Bölgə xəbərləri

“Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq” – Baş nazir Kobaxidze

12 iyun / 14:15 1 dəq
Kobaxidze
12 iyun / 14:15
Burada sizin reklamınız ola bilər
“Biz hər kəsi, o cümlədən Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq, bu, gürcü cəmiyyətinə həqiqətən də lazım deyil”.

Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, biz Avropa bürokratiyasından (nifrətə) cəsarətləndirici addımlar görürük, bu, çox pisdir, hətta səfirlər belə bunda iştirak edirlər. Gürcüstan cəmiyyətinə sülh lazımdır və nifrətə son verilməsi lazımdır. Biz hər kəsi, o cümlədən Avropa səfirlərini Gürcüstanda nifrət və ixtilafın qızışdırılmasından çəkinməyə çağırırıq, bu cəmiyyətimizə sülh və qarşılıqlı sağlam münasibətə ehtiyacı var”, – Kobaxidze deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər