Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

16 iyun / 13:33 2 dəq
1a
16 iyun / 13:33
Burada sizin reklamınız ola bilər

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb.

Şəhid Səyyaf Məmmədovun ailə üzvlərinin, Ağdam Tarix Diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 14 saylı filialının işçilərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin anası Sona Məmmədova, qardaşı Səyavuş Məmmədov və başqaları çıxış edərək, onun mənalı həyat və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Məmmədov Səyyaf Elxan oğlu 1978-ci il dekabrın 26-da Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta təhsilini Mahrızlı kənd tam orta məktəbində, musiqi təhsilini isə Qaradağlı kənd uşaq musiqi məktəbində alıb. 1997-ci ildə Azərbaycan ordusunda hərbi xidmətə çağırılan S.Məmmədov Ermənistanla sərhəddə yerləşən N saylı hərbi hissədə Vətənə qulluq edib. 1998-ci il iyunun 15-dən 16-na keçən gecə hərbi tapşırığı yerinə yetirərkən minaya düşərək şəhid olub.

Mərasim iştirakçıları sonra şəhid Səyyaf Məmmədov haqqında hazırlanmış videoslayda baxıb, şəhidin əşyaları və fotoları ilə tanış olublar. Tədbirdə məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı