Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu start götürüb

3 dekabr / 12:04 2 dəq
37dae30d4c25440a44f29143fa565071
3 dekabr / 12:04
Burada sizin reklamınız ola bilər

Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu öz işinə başlayıb. \

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, forumu Gürcüstanın ədliyyə naziri Rati Breqadze və azərbaycanlı həmkarı Fikrət Məmmədov açıblar. Bildirilib ki, hüquq forumunun keçirilməsində məqsəd iki ölkənin ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsi və hüquqi əlaqələrin dərinləşdirilməsidir. Tədbirdə Gürcüstan və Azərbaycanın ədliyyə nazirlərinin müavinləri, prokurorluq və ədliyyə nümayəndələri, hüquqşünaslar korpusunun nümayəndələri iştirak edirlər. Forumda ədliyyə sisteminin gücləndirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, penitensiar və probasiya sistemlərinin gücləndirilməsi, qarşılıqlı hüquqi yardım kimi məsələlər müzakirə olunur.

Qeyd edək ki, hüquq forumu iki ölkənin ədliyyə nazirləri arasında ötən il Avropa Şurasının təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində Venesiyada başlayan sıx və səmərəli əməkdaşlığın davamıdır. Bu ilin martında Rati Breqadzenin Bakıya səfəri zamanı Gürcüstan və Azərbaycanın Ədliyyə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb ki, bu da digər tədbirlərlə yanaşı, illik birgə hüquqi forumun keçirilməsini də nəzərdə tutur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı