Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycan Ordusunun mövqələri atəşə tutulub

62135090a0dce62135090a0dcf1645432976edf5a0233d9f8912d8762070be7b3685

Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub. “Qərb Xəbər”in xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi … Read more

Azərbaycan deputatları Ermənistana gedir

Mm bina

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

G 7 liderləri Ukraynanı müzakirə edəcək

1044712294 0:0:3116:1958 1920x0 80 0 0 5ce457877bea750f3d243372fb306ef3

ABŞ prezidenti Cozef Bayden G7 liderləri ilə fevralın 24-də videoformatda keçirəcəyi görüş zamanı Ukrayna ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə məlumat Baydenin iş qrafikində yer alıb. “Prezident Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti, həmçinin Almaniyanın G7-yə sədrliyi ilində prioritetləri müzakirə etmək üçün G7 liderlərinin videoformatda keçirəcəyi görüşündə iştirak edəcək” … Read more

Bayden və Putin görüşəcəklər

Bay put

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib və hər iki tərəf bunu qəbul edib. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını qəbul etdilər”, – deyə bəyanatda deyilir. Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya təcavüz etməzsə baş tuta bilər. Sammitin gündəliyi ABŞ dövlət … Read more

Ana və iki azyaşlı uşağın qatili yaxalandı

Img1922041

Bakıda ana və 2 azyaşlı övladını qətlə yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin hadisədən dərhal sonra cinayəti törədən şəxsin müəyyən edilib istintaqa təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilib: “Həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən … Read more

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanacaq

6411f31a704e9137c393d27762c01a59

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib. “Qərb xəbər” 24News.ge xəbər portalına istinad edərək məlumat verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir. Emin Əmrullayev səfər çərçivəsində Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri … Read more

Təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir

4e30ab39b7820cc9622915a6da79d985

Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Tbilisidə “Xocalıya ədalət” adlı sərgidə iştirak edib   Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev fevralın 20-də Tbilisidəki Heydər Əliyev parkında  olub.“Qərb xəbər” 24News.ge xəbər portalına istinadən xəbər verir ki, nazir parkda H.Əliyevin abidəsinin önünə əklil qoyub,  xatirəsini ehtiramla yad edib. Təhsil nazirini Azərbaycanın bu ölkədəki səfiri … Read more

Suriyada 14 terrorçu zərərsizləşdirildi.

BORDO BERELI ESAS

  pkm-np.ru РЕКЛАМА ООО «Насосное производство» Suriyada 14 terrorçu zərərsizləşdirilib Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin növbəti təxrtibatının qarşısını alıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xüsusi təyinatlılar bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün növbəti uğurlu əməliyyat keçirib. “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat zonalarına hücuma cəhd göstərən 14 … Read more

Hava dəyişəcək – Xəbərdarlıq

Hava kulc999k2

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 21-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 21-i gündüzdən 22-si səhərədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Kamala Harris:”Artıq sanksiyalar paketi hazırdır”

F2bc39f92fc866a743f141edc00c232f

ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyaya xəbərdarlıq edib. “Qərb xəbər” TASS-a istinadən xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO müttəfiqlərinin Kremlə qarşı ciddi sanksiyalar paketi hazırladığını diqqətə çatdırıb. O bildirib ki, əgər Moskva ritorikanı davam etdirərsə, ciddi sanksiyalar tətbiq olunacaq: “Rusiya dialoq üçün imkanlar pəncərəsini daraltmağa davam edir. O, buna hazır olduğunu deyir. … Read more

Ermənistanda zəlzələ baş verib

845352852e47e4af9a88ea8de106c427

Gürcüstan sərhədindən 1 kilometr aralıda -Ermənistanda zəlzələ baş verib. “Qərb xəbər” 24News.ge xəbər portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələ Tbilisi vaxtı ilə saat 21:19-da baş verib və episentrdə təkanların gücü 3,5 bal gücündə olub.

Bu gün magistraturaya qəbul imtahanları keçiriləcək

100179722 9770fc31 e952 49af a538 9f021c0909d7

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirəcəyi qəbul imtahanında 17 097 bakalavrın iştirakı nəzərdə tutulub. “ Qərb xəbər” bu baradə  “Report”un DİM -dən aldığı məlumata əsasən xəbər verir. Mərkəzdən  verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, … Read more

Ukrayna ətrafındakı durum Avropada İkinci dünya savaşından bəri ən böyük müharibəyə səbəb ola bilər

6210e30643be56210e30643be616452738626210e30643be36210e30643be4

Ukrayna ətrafındakı durum Avropada İkinci dünya savaşından bəri ən böyük müharibəyə səbəb ola bilər. “Qərb xəbər” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson BBC-yə açıqlamasında deyib. “Gördüyümüz plan miqyasına görə 1945-ci ildən bu günə kimi Avropada baş verən ən böyük müharibəni xatırladır”, – Conson deyib. Onun sözlərinə görə, indi rus qoşunlarının … Read more

Rusiya nüvə sınaqlarına başladı

Raket

Rusiya Prezidenti Vladimir Putin ballistik raketlərin iştirakı ilə strateji qüvvələrin təlimlərinin başlanılmasına göstəriş verib. Qərbxeber “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə vəziyyət mərkəzindən ballistik raketlərin buraxılışını izləyir. Kremlin saytında yerləşdirilən məlumatda bildirilir ki, Hərbi Aerokosmik … Read more

Daha bir cidocumuzdan qızıl medal

1200px Judo at the 2016 Summer Olympics, Mehdiyev vs Camilo

Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.  İdmançımız finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə qalib gələn Mehdiyev “Böyük Dəbilqə”nin qalibi olub. *** Azərbaycan cüdoçusu Zelim Kotsoyev isə “Böyük Dəbilqə”də bürünc medal qazanıb.  100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise … Read more

Qəti xəbərdarlıq

1200px Fog in Moscow Oblast

Fevral ayının 20-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Ağdam-Füzuli-Horadiz, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya institundan ictimaiyyətə … Read more

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi saxlanılıb

Depozitfoto72

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Qerbxeber “Unikal”a istinadən xəbər verir ki, son 1 ay ərzində sözügedən qurumda audit yoxlamaları aparılıb. Onun saxlanılmasına səbəb yeraltı kabelləri satması olub.  

Zelinski və Consonun müzakirəsi

6210e30643be56210e30643be616452738626210e30643be36210e30643be4

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşdüyünü, görüşdə tərəflərin “Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda” təhlükəsizlik və birgə hərəkətlər məsələsini müzakirə etdiyini bildirib. Zelinski bu barədə “Twitter” səhifəsində yazıb “Münhendə Boris Conson ilə görüşdüm. Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda təhlükəsizlik haqqında danışdıq. Biz gələcək ümumi addımlar barədə razılığa gəldik. Diplomatiya yolu ilə gərginliyin … Read more

Ermənilər Xocavənddə mövqelərimizi atəşə tutublar

24d61eb11c978ca1515744454

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.