KİV: ABŞ-nin xüsusi nümayəndəsi İsraildə Netanyahu ilə görüşüb

netenyahu

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak İsrailə səfər edib və orada Baş nazir Benyamin Netanyahu ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid bildirib. Səfərdə məqsəd ABŞ Prezidenti Donald Trampın İsraildən Livana zərbələri məhdudlaşdırmaq tələbini, həmçinin Suriya ilə danışıqlar məsələsini müzakirə etməkdir. Ravid əlavə edib ki, səfir İsrailin strateji … Read more

Ukrayna Prezidenti ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib

Əliyev zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. Qerbxeber.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Mən Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirirəm. Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü … Read more

Zelenskidən sərt bəyanat: ‘Bizə Avropa İttifaqı lazım olduğu kimi, biz də Avropaya ən azı bir o qədər lazımıq”

Zelenski unufirmda

Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciətində sərt bəyanatlar səsləndirib.  Dövlət başçısı Ukraynanın gələcəyi barədə qərarı yalnız xalqın özü verəcəyini bildirib: “Bizə ədalətli sülh lazımdır. Bizim gələcəyimizi yalnız biz müəyyənləşdirəcəyik”, – deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, müharibənin sonunda Ukrayna elə güclü təhlükəsizlik təminatları əldə edəcək ki, heç bir ölkənin ağlına belə bu … Read more

Üçtərəfli görüş sülhə yox, atəşkəsə nail olacaq- Rusiyalı professor

Putin tramp

Kremlin Kırım və Donbasın statusunda heç bir şəkildə güzəşt etməyəcəyi açıqdır və üçlü zirvədən “qalıcı barış deyil, güclü bir atəşkəs” çıxacaq. Qerbxeber.com Axar.az -a istinadən xəbər verir ki, bunu rusiyalı professor Andrey Zdrojevski deyib. “Putinin tələb etdiyi təhlükəsizlik zəmanətləri Rusiyanın varlığı üçün həyati əhəmiyyət daşıyır. NATO-nun şərqə doğru genişlənməsi Moskva üçün mümkün təhlükə yaradır. ABŞ … Read more

İlham Əliyev Zelenskini təbrik etdi

Əliyev zelenski

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib. Qerbxeber.com təbrikin mətnini təqdim edir: “Hörmətli cənab Prezident, 24 Avqust – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm. Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında … Read more

Rusiya Ermənistandan gedən meyvələri ölkəyə buraxmadı

Yuk mashınları

Rusiyaya gedən yüzlərlə erməni yük maşını sanitariya problemlərinə görə Ermənistana qaytarılıb. Qerbxeber.com Teleqraf -n məlumatına əsasən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan Ermənistan maşınları Gürcüstanla sərhəddən Rusiyaya buraxılmayıb. Təsərrüfat məhsulları ilə yüklənmiş maşınlar “Yuxarı Lars” keçid məntəqəsindən geri … Read more

Zelenski: Bayramınız mübarək, böyük ölkənin böyük xalqı!

Zelenski Yeni

Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciət edib. Qerbxeber.com xəbər verir ki, o, “Teleqram” kanalında paylaşdığı mesajında ölkənin gələcəyinə inam və mübarizənin dəyərindən danışıb. “Biz elə bir Ukrayna qururuq ki, onun kifayət qədər gücü və qüdrəti olsun, təhlükəsizlik və sülh şəraitində yaşasın. Elə bir Ukrayna ki, bu meydanda (Müstəqillik meydanında) öz bayraqları altında, öz torpağında bizim övladlarımız və … Read more

Gecə boyu Ukrayna dronları Rusiya şəhərlərinə hücum edib

Dron 1

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecə ərzində Ukraynaya məxsus 95 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Qerbxeber.combildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, PUA-lar Bryansk, Tver, Kaluqa, Orlov, Tambov, Novqorod, Belqorod, Rostov, Kursk, Smolensk, Samara, Leninqrad vilayətləri, Krım və Tatarıstan Respublikası əraziləri üzərində aşkarlanaraq məhv edilib.

Ukrayna Bryansk şəhərinə dronlarla hücum etdi

War drone savaş sihası pua

Ukrayna Silahlı Qüvvələri dronlardan istifadə edərək Rusiyanın Bryansk şəhərinin Sovetskiy rayonuna hücum həyata keçirib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb. Onun sözlərinə görə, xəsarət alan olmayıb. “Çoxmənzilli binalardan birinin fasadı və şüşələri zədələnib”, – deyə qubernator əlavə edib.

Kanada lideri Ukraynaya səfər edib

Kanada baş naziri karni

Kanadanın Baş naziri Mark Karni Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfər edib. Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib. “Ukraynanın Müstəqillik Günündə və ölkənin tarixində bu həlledici məqamda Kanada öz dəstəyini və Ukraynada ədalətli, dayanıqlı sülhə nail olmaq səylərini gücləndirir”, – Karni bildirib.

Yanıqlıda ev yandı

Yangın söndürən

Tovuz rayonunun Yanıqlı kəndində yanğın olub. Bu barədə Qerbxeber.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün taxta atmaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vaşinqton Kiyevə uzaqmənzilli ERAM raketləri satacaq

Uzaqmənzilli raket

Prezident Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolunan ERAM raketlərinin satışını təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb. Müqavilənin dəyəri 850 milyon dollar təşkil edir. Raketlərin Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına altı həftə ərzində çatdırılacağı bildirilir. Xərclərin böyük hissəsini Ukraynanın avropalı müttəfiqləri öz üzərinə götürüb. Tədarük … Read more

Finlandiya lideri: Trampın Putinə qarşı səbri tükənə bilər – İKİ SƏBƏB

Finlandiya prez

“ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı səbri tükənmək üzrədir”. Bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” dövlət teleradio şirkətinə müsahibəsində deyib. O, Trampın səbrinin tükənməsinə gətirib çıxara biləcək iki səbəbin adını çəkib: “Birincisi, vaxtdır. Söhbət danışıqlar prosesinin uzadılmasından gedir. Moskva əvvəlcə yeni görüşün baş tutacağına ən yüksək səviyyədə söz verir, sonra isə bunun … Read more

Zaxarovadan Xəzəryanı ölkələrə təklif..

Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) informasiya işinə məsul olan diplomatik qurumlarının departament rəhbərlərinin görüşünün təşkilini təklif edib. Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, o, bunu Həştərxan şəhərində keçirilən Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində bildirib. “İnanıram ki, biz xarici siyasət qurumlarının informasiya işinə cavabdeh olan departament rəhbərlərinin … Read more

UKRAYNA RUSİYANIN ZƏİF NÖQTƏSİNİ TAPIB-KAMRAN CƏFƏROVUN təhlili

Kamran ceferov

Primoryedə yanacaqdoldurma məntəqələrində kilometrlərlə uzanan növbələr müşahidə olunur, benzin və dizel yanacağının topdansatış qiymətləri isə tarixi maksimumu yeniləyib. Rəsmi qurumlar artıq səbəbləri gizlətmirlər, Ukraynanın zərbələrindən sonra Rusiyanın bir sıra neft emalı zavodları (NEZ) fəaliyyətini dayandırıb. Yayın pik günlərində ümumi emal gücünün 14%-ə qədəri sıradan çıxmışdı. Ukraynanın zərbə strategiyasında dəyişiklik 2025-ci ildən etibarən Ukraynanın hücum taktikası … Read more

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Doyuscu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Qerbxeber.com Oxu.Az-ın məlumatına əsasən xəbər verir ki, Əfqan Orucov Sumı vilayətində gedən döyüşlər zamanı həyatını itirib. Qostomel qəsəbəsində yaşayan həmyerlimiz avqustun 19-da ölüb. Məlumata görə, Əfqan Orucov ərazi müdafiə taborunda pilotsuz uçuş aparatlarının idarəsi üzrə xidmət göstərib. Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində Şəmkir şəhərində anadan olmuş, … Read more

Ukrayna Putinin qohumlarına sanksiya tətbiq edəcək

Zelenski yeni 1

Ukrayna Prezidenti Volodmir Zelenski rusiyalı həmkarı Vladimir Putinin qohumlarına qarşı Kanada sanksiyası paketini sinxronlaşdırıb. Qerbxeber.com xəbər verir ki, məlumatı Ukrayna mediası yayıb. Söhbət Putinin qohumlarının da daxil olduğu 74 nəfərlik siyahıdan gedir. Burada Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və onun hazırki əri Artur Oçeretnı, Putinin əmisi oğlu Mixail Putin, Putinin qardaşı oğlu Mixail Şelomov, Putinin qızının keçmiş əri İqor Zelenskinin də adları var.

Fridrix Merts: Ukraynada sülhə nail olmaq çətin olacaq

Merts

Ukraynada sülhün əldə edilməsinin səbir tələb edir. Qerbxeber.com Teleqraf -ın məlumatına əsasən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib. O, sülhü bərqərar etməyin kifayət qədər çətin iş olacağını vurğulayıb: “İcazə verin, sizə bir bənzətmə deyim: biz 10 kilometrlik ərazidəyik və yəqin ki, ilk 200 metri qət etmişik”.

Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır

Türkiye ukr

Türkiyə təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun göndərməyi düşünür. Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafon efirində verdiyi açıqlamada belə deyib. O bildirib: “Dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​ilə görüşdüm, çox gözəl söhbətimiz oldu. Türkiyə də yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır”. Türkiyə tərəfi dənizdə minalardan təmizləmə ilə yanaşı, mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. N.Cəlal onu da xatırladıb … Read more