Finlandiya lideri: Trampın Putinə qarşı səbri tükənə bilər – İKİ SƏBƏB
“ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı səbri tükənmək üzrədir”.
Bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” dövlət teleradio şirkətinə müsahibəsində deyib.
O, Trampın səbrinin tükənməsinə gətirib çıxara biləcək iki səbəbin adını çəkib:
“Birincisi, vaxtdır. Söhbət danışıqlar prosesinin uzadılmasından gedir. Moskva əvvəlcə yeni görüşün baş tutacağına ən yüksək səviyyədə söz verir, sonra isə bunun gözlənilmədiyini aşağı səviyyədə bildirir. Trampın səbrinin tükənməsinə gətirib çıxara biləcək ikinci səbəb isə davam edən hücumlardır”.



