Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

BMT: Ukraynanı 3,7 milyondan çox insan tərk edib

Ukraynalı köçkünlər

Hərbi əməliyyatlar başlayandan indiyədək 3 milyon 725 min 806 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb. Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Belə ki, 2 milyon 206 min 119 qaçqın Polşa, 572 min 754 nəfər … Read more

“Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub” – Prezident Bayden

Joe biden

“Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub”.   “Qərb Xəbər” məlumat verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib. Bayden qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bildirək ki, martın 24-də Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri və ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaları, eləcə də Moskvanın artıq tətbiq edilmiş məhdudlaşdırıcı … Read more

Aİ Ukraynaya 17 milyard avro ayırır – SƏBƏBİ

Eu

Avropa İttifaqı (Aİ) Ukraynadan olan qaçqınları dəstəkləmək üçün icma ölkələrinə 17 milyard avro ayırmaq niyyətindədir.   “Qərb Xəbər” məlumat verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 17 milyardlıq vəsaitin 3,4 milyard avrosu sürətləndirilmiş əsaslarla ayrılacaq. “Hazırda 10 milyona yaxın ukraynalı … Read more

Ağstafada minik avtomobili ağaca çırpılıb, sürücü ölüb

IMG 20220326 WA0002

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər” məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “VAZ 2106” markalı avtomobilə dəyərək idarəetməni itirdiyi ehtimal olunur.

Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib. Sürücü – 1987-ci il təvəllüdlü Talıbov Teymur Mahmud oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cənub bölgəsində gənclər üçün layihə həyata keçirilir

7B5A6935

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 25-27 mart tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 19 şəhər və rayonundan (Astara, Bakı, Beyləqan, Biləsuvar, Cəbrayıl, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, İsmayıllı, Lənkəran, Masallı, Saatlı, Sumqayıt, Şirvan, Tovuz, Yardımlı, Yevlax, Zəngilan) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın (panel müzakirələr) keçirilməsinə başlanılıb.

“Qərb Xəbər”in məlumatına görə, nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailəni təmsil edən 14 nəfər qız və 11 nəfər oğlanın iştirakı təmin olunub.

İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Teymur Babazadə və Lənkəran şəhər sakini Yaşar Məmmədov, psixoloq qismində “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının mütəxəssisi cənab Fərrux Əliyev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşüb və iştirakçı gənclərin suallarını cavablandırıblar.

Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında ailə, qadın, uşaq və gender məsələləri sahəsində “Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri: multikulturalizm və multietnosluq”, “Azərbaycanda milli-mənəvi dəyərlər və müasirlik: qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri”, “Azərbaycanda klassik və müasir ailə dəyərləri: Dəyişək, yoxsa qoruyaq?”, “Nikahların və boşanmaların mövcud statistikası”, “Vulqar ənənələr (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) və onların doğurduğu sosial risklər”, “Əxlaq normaları: xüsusiyyətləri, növləri və nümunələri”, “Əxlaqi keyfiyyətlər –  insanlararası münasibətlər və reallıq”, “Hüquqi dövlətdə əxlaq və azadlıq məfhumları/prinsipləri”, “Ailə dəyərlərinin qorunmasında gender bərabərliyi – “Xoşbəxt ailə modeli”, “Etik davranış qaydaları”, “Etika və gender: sosial-əxlaqi davranış tərzləri”, “Aidiyyəti qurumlara göndərilməkdən ötrü yeni ailə quran gənclərin və ya gənc ailələrin dağılmasının qarşısını almağa yönələn müvafiq təkliflər paketinin hazırlanması” kimi mövzularım müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulub.

Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə ailə dəyərləri, əxlaq və etika normaları sahəsində müvafiq təqdimatların təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, 01 fevral – 01 may 2022-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirləri həyata keçirməkdən ibarətdir.

Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Ağdaş, Ağstafa, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, İmişli, İsmayıllı, Qazax, Qəbələ, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Saatlı, Samux, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab) 85 nəfər gənc ərizəçi (58 nəfər qız və 27 nəfər oğlan) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (14 nəfər qız və 11 nəfər oğlan) tədbirdə iştirak etmək hüququ qazanıb.

Türkiyə Azərbaycanın adını qadağa siyahısına salmayıb

ət kəsimi

Türkiyə daxili bazarda qiymətlərin artması səbəbilə qırmızı ətin ixracını dayandırır.   “Qərb Xəbər” məlumat verir ki,  bu barədə ölkənin Ticarət Nazirliyinin yaydığı açıqlamada yazılır. Sənəddə bildirilir ki, daxili bazarda ət tədarükünün təminatı, eləcə də tələb-təklif balansının qorunması üçün iribuynuzlu heyvanların, həmçinin qoyun və keçi ətinin ixracına qadağa qoyulur. Hökumətin bu qərarı Azərbaycana, Naxçıvan Muxtar Respublikasına və Şimali … Read more

Avropa İttifaqı ilk müdafiə strategiyasını qəbul etdi – BƏYANAT

Eu

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə ittifaqın ilk müdafiə strategiyasını – xüsusilə beş min nəfərdən ibarət Aİ Çevik Reaksiya Qüvvələrinin yaradılmasını nəzərdə tutan “Aİ-nin Strateji Kompası”nı təsdiqləyiblər. Bu barədə Brüsseldə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatında deyilir. “Strateji kompas” artıq bütün üzv ölkələr tərəfindən təsdiqlənib, Avropanın müdafiə və təhlükəsizliyinin … Read more

MARAQLI: Britaniyanın Azərbaycandakı səfiri satıcılıq etdi – FOTO/VİDEO

Sefirr

Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında satışa şirniyyat çıxarıb. Bununla bağlı səfirlik “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda bildirilib ki, yarmarkadan gələn gəlir Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq. Qeyd edək ki, Britaniya səfiri Ceyms Şarp da yarmarkada iştirakı ilə bağlı “Twitter” səhifəsində paylaşım edib. Səfirlik sabah, martın 26-da da yarmarkada iştirak edəcək. … Read more

Putin köməkçisini işdən qovdu

Anatoli çubays

Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysı vəzifəsindən azad edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə prezidentin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putinin müvafiq sərəncamı ilə A.Çubays prezidentin dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Xatırladaq ki, A.Çubaysın martın 23-də istefa ərizəsi yazaraq Rusiyanı … Read more

Sahil Babayev 20-dən çox qurumu ləğv etdi

Sahil babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi edilib. “Qərb Xəbər” məlumat verir ki, Oxu.Az-ın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 regional Ərazi Məşğulluq filialı ləğv edilib və 14 yeni regional filial yaradılıb. Məqsəd idarəetməni yeni iqtisadi bölgələrə uyğunlaşdırmaqdır. Həmin qurumları təqdim edirik: Bakı regional Ərazi … Read more

General: “Gəlin, S-400-ləri Azərbaycana verək” – RƏSMİ BAKI ÜÇÜN ÖNƏMLİ AÇIQLAMA

S400

“Gəlin, S-400-ləri Azərbaycana verək”. “Qərb Xəbər” məlumat verir ki, bunu Hava Logistika Pilotu General-leytenant Dr. Ərdoğan Karakuş deyib. O, ABŞ-ın “S-400-ləri Ukraynaya verin”  təklifini şərh edərək onları Azərbaycana verməyi təklif edib.   “Gəlin, S-400-ləri Ukraynaya deyil, Azərbaycana verək. Azərbaycan həm Rusiya ilə müttəfiqdir, həm də daha da güclü olar. Azərbaycan bizə qaz satacaq, pulunu S-400-lə ödəmiş … Read more

Ukrayna Müdafiə Nazirliyi: 16 mindən artıq rus həbçisi öldürülüb

Ukrayna savaşı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.   “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 561 ədəd tankı, 1625 ədəd zirehli döyüş maşını, 291 ədəd artilleriya sistemi, 90 ədəd reaktiv yaylım atəş sistemi, 49 ədəd havadan müdafiə sistemi, 115 ədəd … Read more

Ukrayna ordusu Rusiyanın desant gəmisini vurdu: 400 nəfər…

Savaş gəmisi

Ukraynada Rusiya ordusunun desant gəmisi vurulub.   “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi məlumat yayıb. Bildirilir ki, Rusiyanın məhv edilən “Saratov” adlı desant gəmisində 20 tank, 45 zirehli transportyor və 400 nəfər şəxsi heyət olub. Məlumatda həmçinin daha iki iri desant gəmisi – “Novoçerkassk” və “Sezar Kunikov”un zədələndiyi də qeyd olunur. … Read more

Ərdoğan Rusiyaya qarşı sanksiyalar haqqında: “Xalqımı soyuqda qoya bilmərəm”

121217398 erdoganyeni

“Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”. “Qərb Xəbər” məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda … Read more

Azərbaycana 60 sm qar yağdı – Faktiki hava

Qar

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, martın 25-i saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarınadək yağış davam edib. Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında … Read more

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçildi

Mischel

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin bəyanatında bildirilib/ Onun səlahiyyət müddəti 30 noyabr 2024-cü il tarixədək davam edəcək. Qeyd edək ki, Şarl Mişel 2019-cu ildə ilk dəfə bu vəzifəyə seçilib. qerbxeber.сom

Ərdoğan və İsrailin Baş naziri arasında görüş gözlənilir

121217398 erdoganyeni

“İsrailin Baş naziri Naftali Bennetlə görüşə bilərik. Onun da gəlişi ilə Türkiyə-İsrail münasibətlərində yeni proses başlada bilərik”.   “Qərb Xəbər” məlumat verir ki, “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “İkitərəfli münasibətlərdə birgə ata biləcəyimiz önəmli addımlardan biri olaraq təbii qaz mövzusu önə çıxa bilər”, – dövlət başçısı vurğulayıb. qerbxeber.сom

Aİ Ukraynanın hərbi əməliyyatlardan sonra bərpası üçün fond yaradacaq

Ukrain

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yardımı davam etdirəcək, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasına kömək edəcəklər. Bu barədə Aİ-nin bəyanatında deyilir. “Bu məqsədlə Avropa Şurası Ukrayna ilə həmrəylik uğrunda etimad fondu yaratmağa razıdır və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir”, – deyə sənəddə bildirilir. Bundan əlavə, Aİ ölkələrinin dövlət və hökumət başçıları Avropa Komissiyasını lazımi islahatların … Read more

Türkiyə “yeni İsveçrəyə” çevrilir – Ölkəyə milyonlarla yatırım axını gəlməkdədir

Roman abramovic

Lüks yaxtalarını qaçaqmalçılıq yolu ilə Türkiyəyə aparan Abramoviçin ölkəyə sərmayə qoyacağı iddia edilir.   Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda Qərb Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı sanksiyalar tətbiq etməkdədir.   “Qərb Xəbər” məlumat verir ki, Qərb ölkələrinin sanksiya qərarından sonra digər bölgələrə keçirməyə çalışan rusiyalı oliqarxlar arasında “Çelsi” klubunun sahibi, rusiyalı oliqarx … Read more

Vladimir Jirinovski öldü – Rusiya yasda

Jirinovski

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.   “Qərb Xəbər” məlumat verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib. Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib. Qeyd edək ki, daha öncə “Mash” teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi. qerbxeber.сom