Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Türkiyə “yeni İsveçrəyə” çevrilir – Ölkəyə milyonlarla yatırım axını gəlməkdədir

25 mart / 14:02 3 dəq
Roman abramovic
25 mart / 14:02
Burada sizin reklamınız ola bilər

Lüks yaxtalarını qaçaqmalçılıq yolu ilə Türkiyəyə aparan Abramoviçin ölkəyə sərmayə qoyacağı iddia edilir.

 

Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda Qərb Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı sanksiyalar tətbiq etməkdədir.

 

“Qərb Xəbər” məlumat verir ki, Qərb ölkələrinin sanksiya qərarından sonra digər bölgələrə keçirməyə çalışan rusiyalı oliqarxlar arasında “Çelsi” klubunun sahibi, rusiyalı oliqarx Roman Abramoviç də var.

Digər Rusiya oliqarxlarından xeyli gec sanksiyaya məruz qalan Abramoviçin lüks yaxtalarından biri olan “Solaris” həftənin əvvəlində Türkiyə ərazi sularına girərək Bodrumda lövbər salıb.

Bununla yanaşı, İngiltərə xəbər agentliyi Reuters diqqətçəkən bir iddia ilə çıxış edib. İddiaya görə, agentliyə danışan mənbələr Abramoviç və digər Rusiya oliqarxlarının Türkiyənin onlara qarşı tətbiq edilən sanksiyalarda iştirak etmədiyini əsas gətirərək Türkiyəyə sərmayə yatırmaq üçün imkanlar axtardığını iddia edib. Rusiyanın Ukraynaya hücumunu tənqid edən, ancaq NATO müttəfiqlərinin sanksiyalarında iştirak etməyən Türkiyənin sərmayə qoymaq və aktivləri qorumaq üçün təhlükəsiz məkan yarada biləcəyi də iddia edilib.

Onu da yazaq ki, ötən həftə şəxsi təyyarəsi ilə İsraildən qısa müddətə İstanbula gələn, daha sonra Moskvaya uçan Abramoviçin yaxtalarda olub-olmadığı hələlik bəlli deyil.

“Abramoviç və digər varlı ruslar Türkiyəyə sərmayə qoymaqda maraqlıdırlar, çünki sanksiyalar hər yerdə tətbiq olunur. O, burada bir iş görmək və bəzi aktivlər almaq istəyir”, – deyə məsələdən xəbəri olan bir məmur “Reuters” agentliyinə bildirib.

Eyni mənbə Abramoviçin Türkiyədə bəzi var-dövlətlərinin olduğunu bildirsə də, başqa detalları açıqlamayıb.

Digər tərəfdən, Ankaradan bir rəsmi şəxs “Reuters”-ə deyib ki, “Türkiyə hazırda sanksiyalara qoşulmağı düşünmür və varlı rusların satın almasını və sərmayə qoymasını istəyir. Biz oliqarxların pullarının Türkiyəyə gətirilməsi məsələsində çox həssasıq”.

Rusiyanın başqa oliqarxlarının da Türkiyədə biznes imkanları axtarması barədə tez-tez xəbərlər yayılır. / Bizimyol

qerbxeber.сom

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı