Qazaxda yerli və ətraf rayonlardan olan tələbələrə “Aldığınız təhsildən razısınızmı” sualı ilə mikrofon uzatdıq.
“Qərb Xəbər” həmin sorğunun nəticələrini təqdim edir.
Nə axtarırsınız?
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib. “Qərb Xəbər”in xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli … Read more
Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb. “Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri … Read more
Qazaxda yerli və ətraf rayonlardan olan tələbələrə “Aldığınız təhsildən razısınızmı” sualı ilə mikrofon uzatdıq.
“Qərb Xəbər” həmin sorğunun nəticələrini təqdim edir.
Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq mayın 20-də Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib. “Qərb Xəbər məlumat verir ki, Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul … Read more
Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb. “Qərb Xəbər” bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən məlumat verir. Bildirilib ki, may ayının 21-də saat 02:12 radələrində rayonun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycanın Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası … Read more
Tovuz rayonunun bir neçə kəndində sakinlər küçə itlərinin hücumuna məruz qalıb. “Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, rayonun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib. Təkcə bir gün ərzində 11 nəfər kənd sakini sahibsiz itlərin hücumuna məruz qalaraq xəstəxanalıq olub. Həmin şəxslər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. … Read more
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov mayın 20-də Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Şəmkir rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirib. “Qərb Xəbər” bildirir ki, Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 49 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət … Read more
Şəmkirdə bıçaqlanma hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Qurban Abbasov mübahisə zəminində 3 bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə isə onun dostu şübhəli bilinir. Faktla bağlı araşdırmalara başlanılıb.
Azərbaycanın Gədəbəy rayonuna qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edib. “Qərb Xəbər” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, qaydada aşağıdakı dəyişikliklər edilib. Belə ki, dəyişikliklərə əsasən qaydada: “Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri “orqanizmin … Read more
Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub. “Qərb Xəbər” məlumat verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda … Read more
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Meymun çiçəyi” virusunun kəskin yayılması ilə bağlı ekspertlərin təcili görüşünü çağırıb. Bu il Avropadan sonra “Meymun çiçəyi” virusuna ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, çərşənbə günü İspaniyada 23 nəfərdə “Meymun çiçəyi” xəstəliyinin əlamətləri … Read more
“Azərbaycan uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirir”. “Qərb Xəbər”in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib. Prezident İlham Əliyev Azərbaycanın uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də … Read more
Mayın 19-da Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 19 May – Atatürkü anma, Gənclik və İdman Günü keçirilib.
“Qərb Xəbər” bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir. Məlumata görə, Xan Bağında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə qonaqlar Xan Bağında təşkil olunan Gəncə Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin rəsm əsərlərinə baxış keçirib, müxtəlif idman oyunlarına tamaşa ediblər.
Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin torpaqlarının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zeki Öztürk çıxış edərək hər il 19 May tarixində qeyd olunan Atatürkü anma, Gənclik və İdman Gününün tarixindən danışıb. O qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur.
Rəsmi hissədən sonra bayram konserti başlayıb. Konsertdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun, Gəncə Uşaq Evinin sakinlərinin, “Gəncə Qönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solistlərinin, Əməkdar artist Mehparə Cəfərovanın, solist Pərvanə Rzayevanın,yeniyetmə müğənni Şəhriyar Əliyevin və digər istedadlı şəxslərin bir-birindən maraqlı rəqsləri və musiqiləri tamaşaçıların zövqünə oxşayıb. Bununla yanaşı, tədbirdə Azərbaycanda təhsil alan türk gənclərinin çıxışları və yerli tələbələrin ifasında şeirlər səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Tovuzda yun istehsalı ilə məşğul olan sahibkarlar çətinliklə üzləşiblər. Onlar məhsulu çox ucuz qiymətə satdıqlarından gileylənirlər. “Qərb Xəbər”in XəzərTv-yə istinadən məlumatına görə, deyirlər ki, yunun bir kiloqramını 20-50 qəpik arasında sata bilirlər. Bu isə onlara sərf etmir. Mövcud vəziyyət ucbatından Tovuzda tonlarla yun həyətlərdə qalıb. Təsərrüfat sahibləri deyirlər ki, yun istehsalı üçün sərf etdikləri vəsaiti … Read more
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması (1) və layihələndirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. “Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Chapman Taylor LLP” şirkəti və Komitənin “Azərmemarlayihə” – Dövlət Baş Layihə … Read more
AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.
“Qərb Xəbər” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.
Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.
Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” ev oyunlarını bu arenada keçirir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. “Qərb Xəbər”in xəbərinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,69 % artaraq 1,7975 manat, Rusiya rublunun məzənnəsi isə 1,87 % artaraq 0,0273 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1,7975 1 Rusiya rublu 0,0273 1 Avstraliya dolları 1,1945 1 Argentina pesosu 0,0144 1 Belarus rublu … Read more
“Qərb Xəbər” məlumat verir ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Tariximizi muzeylərdə yaşadırıq” adlı tədbir keçirilib.
Tədbir həmçinin, Şəmkir Tarix Diyarşünaslıq muzeyində də keçirilib. Tədbir çərçivəsində Şəmkir Tarix Diyarşünaslıq muzeyinin kollektivi qonaqları muzeyin fəaliyyəti ilə də yaxından tanış ediblər.
Belarusun Baş naziri Roman Qolovçenko Gəncə Avtomobil Zavodunda imzalanan memorandumda iştirak edib. “Qərb Xəbər”in “Report”a istinadən məlumatına görə, avtomobil zavodunda olan Belarus Baş naziri zavodla tanış olub. Daha sonra Gəncə Avtomobil Zavodu ilə Belarusun iki zavodu arasında memorandum imzalanıb.