Qazax rayonunda peşə festivalı keçirilir..
‘Qərb Xəbər’ məlumat verir ki, “Peşələr festivalı” düzgün peşə seçimi barədə məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr barədə məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala bilər.
Qazaxda yol-nəqliyyat hadisəsi
Qazax şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü B.Məhərrəmovanı və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub. Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.