Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb

Qəza

Ağstafa rayonunda ard-arda baş verən iki avtomobil qəzasında üç nəfər xəsarət alıb. “Qərb Xəbər” məlumat verir ki, hadisələrdən biri Poylu kəndində qeydə alınıb. Kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı E.Qurbanov xəsarət alıb və o, xəstəxanaya aparılıb. Digər hadisə isə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində … Read more

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin zona konfransları – Təəssürat

1

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları təşkil edir.

“Qərb Xəbər” Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlovun Şəmkirdə keçirilən konfrans barədə təəssüratlarını təqdim edir:

Konfrans ictimai şuralarla icra hakimiyyətləri arasında əməkdaşlığın gücləndirilməsində müəyyən qədər rol oynayacaq. Regionlarda konfransların keçirilməsi onu gösərir ki, ictimai şuraların fəaliyyətinin gücləndirilməsində hökumət maraqlıdır. İctimai Şuralar bu imkandan yararlanaraq ictimai iştirakçılığın şəffaflığının qorunması sahəsində və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyyələrlə  çıxış edə bilərlər.

İctimai nəzarət dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu cür tədbirlərin təşkili, ümid edirəm, müsbət nəticələrin əldə olunmasına təkan verəcək.

Hesab edirəm ki, konfransdan sonra regionda açıq hökumətin və ictimai nəzarətin  fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, rayonlarda  vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığının gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yarana bilər.

İctimai Şuraların  təkliflər vermək, yerli icra strukturlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil etmək,  yerli icra strukturlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına səy göstərmək, qərarların qəbulu zamanı ictimai rəy və vətəndaşların qanuni maraqlarının nəzərə alınması priorotet sahələrindən biridir.

Beləliklə, açıq hökumətin təşviqi və ictimi nəzarət  sahəsində ictimai şuralar  müəyyən təcrübələr əldə edə biləcəklər.

Amma bununla bərabər regionda açıq hökumətin və ictimai nəzarətin təşviqi üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi baxımından institusional dəstək mütləq vacibdir. Belə ki, “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununda tələb olunan işləri icra etmək üçün İctimai Şuralara müəyyən qədər texniki və institusional dəstək vacibdir.

Şura Qanunda göstərildiyi kimi, daimi yerlərdə ictimai müzakirələr və dinləmələr təşkil etməli, ictimai rəyi öyrənməli,  qəbul olunan qərarların ictimai müzakirəsini təşkil etməlidir. Xüsusən cəmiyyətdə açıq hökumətin və ictimai nəzarətin təşviqi istiqamətində araşdırmalar aparmağı zəruri hesab edirəm. Bu istiqamətdə  konfrans yuxarıda göstərilənlərə bir istiqamət vermiş olacaq.

DYP rayonlardan paytaxta gedən sürücülərə müraciət edib

137479

Baş Dövlət Yol Polisi İdarəsi “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. “Qərb Xəbər” bildirir ki, müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat … Read more

Tovuzda avtomobil sexi yanıb

Fhn car

Tovuzda avtomobil sexində yanğın baş verib. “Qərb Xəbər” FHN-ə istinadən bildirir ki, rayonun Əyyublu kəndində ümumi sahəsi 240 m² olan yeddi boksdan ibarət avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə və içərisində təmirə dayanan iki ədəd “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 420 m² olan digər … Read more

Gəncədə bağçalara qəbul elektron qaydada aparılacaq

270125cc be0f 3f7f 89a8 734bb386e93d

“Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır”. “Qərb Xəbər” məlumat verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib. Şöbə müdirinin sözlərinə görə, mərhələli şəkildə bölgələr üzrə qəbul olacaq: “İlk olaraq Bakı, … Read more

Qazaxda barama tədarükünə başlanılıb

9b84f8eb9acd190b58b313a0b1cdb775

Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulub.

“Qərb Xəbər” bildirir ki,  İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 70 qutu ipəkqurdu toxumu paylanılıb. İyunun 6-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 1172 kq barama məhsulu “Azəripək” MMC-yə təhvil verilib.

 

 

Ceyhun Bayramov: “Zəngəzur dəhlizinin həyata keçirilməsi Ermənistan üçün də önəmlidir”

33c46ad6 2807 3236 8f40 070bdba5d558

“Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir”. “Qərb Xəbər “Report” a istinadən xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov söyləyib. “Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin həyata keçirilməsinin digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir”, – nazir … Read more

Təhsil Nazirliyi digər tədris dillərində oxuyacaq şagirdlərin valideynlərinə müraciət edib

1beae149 9455 395e 8f01 d045a7e08122

İyunun 13-ü saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq. Təhsil Nazirliyindən “Qərb Xəbər” ” Reporta” verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair … Read more

Altı rayon prokuroru Gədəbəydə konfransda iştirak edəcək

B1bfa9b0 b536 3a92 8a19 3c46f286b42b

Altı rayon prokuroru Gədəbəydə konfransda iştirak edəcək. “Qərb Xəbər”in əldə etdiyi məlumata görə, iyunun 10-da Baş Prokurorluğun təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax Şəmkir və Tovuz rayon prokurorlarının, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev … Read more

Şəmkir rayonunda zəhərlənmə

175497 e5s2xyvumg

Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib. ” Qərb Xəbər”in məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb. Kənd sakinləri – 1983-cü il təvəllüdlü M.Mehdixanov, 1978-ci il təvəllüdlü K.Məmmədova, 2008-ci il təvəllüdlü Z.Mehdixanova, 2011-ci il təvəllüdlü L.Mehdixanova, 2011-ci il təvəllüdlü Y.Məmmədov və 2017-ci il təvəllüdlü C.Məmmədov zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya aparılıblar. Faktla bağlı … Read more

Bu gün bütün orta məktəblərin IV siniflərində monitorinq keçiriləcək

03 01.04.19 1 1 768x511

  Bu gün Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək. “Qərb Xəbər”in məlumatına görə  monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin əsas məqsədləri şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması … Read more

Tovuzda avtomobil yanıb

92139a6e 9f21 3e67 8b99 37b49a79fc8f

Tovuz rayonunun Qovlar şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çarpılıb. Bu barədə “Qərb Xəbər”ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaricdə təhsillə bağlı sənəd qəbulu başlayıb

43e8bfcc 7725 4068 a9a9 a0bd86d6eb7c

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilir. “Qərb Xəbər” məlumat verir ki, sənəd qəbulu üçün son tarix iyunun 26-sı saat 23:59 müəyyən edilib. Proqrama müraciət üçün … Read more

Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib

Cdded05fd40dcdc92fb712715ec422c2

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. “Qərb Xəbər” məlumat verir ki, heyətə DQİDK ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir. Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev … Read more

İlham Əliyev “Şərq Bazarı”nın açılışında olub

16545090881306822455 1000x669

Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar. Dövlət başçısına və birinci vitse-prezidentə məlumat verilib ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə … Read more

Aqroturizmlə məşğul olanların bazara çıxışı asanlaşdırılıb

75d55ea9 1be7 3084 94a4 737caad2a016

Kənd Təsərrüfatı Nazirliyinə aid “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində elektron aqroturizm platforması yaradılıb, fermerlər platforma vasitəsilə məhsullarını sata biləcəklər. “Qərb Xəbər” bildirir ki, bunu “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Zaur Bayramov deyib. Z.Bayramov bildirib ki, sözügedən platforma gələcəkdə elektron ticarət platforması kimi istifadəyə veriləcək: “Həmçinin, mobil … Read more

Azərbaycan qəzeti: “Tovuz Aqro Sənaye” fəaliyyətini genişləndirir

Tovuzda tutun akini 2jpg

Hər hektar tütünə görə 280, təhvil verilən quru tütünün hər kiloqramına və yaş tütünün hər 10 kiloqramı üçün 0,05 manat məbləğində subsudiya verilməsi iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını sürətləndirir. “Qərb Xəbər” bildirir ki , bu barədə  “Azərbaycan qəzeti”ndə yazılıb. Qeyd olunub ki, tütünçülüyə Tovuzda da maraq getdikcə artır. Artıq 7-ci ildir ki, rayonda … Read more

Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxsləri həbs olunub

9900

Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. “Qərb xəbər” məlumat verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Xəbərə görə, Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət … Read more

Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunub

Azedu.az telebe esas 2

Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb. Təhsil Tələbə Kredit Fondundan “Qərb Xəbərin”in   məluamtına görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib. Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib. Ümumilikdə isə 3 243 tələbəyə … Read more