Tovuz rayonunun Qovlar şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çarpılıb.
Bu barədə “Qərb Xəbər”ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.