Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb

C4bd8253 797f 4364 b8e1 9235a96448af

Şəmkir rayonunda narkotik xassəli çətənə əkən şəxslər saxlanılıb.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda deyilir ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxs Mehman Bayramovdan fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan narkotik çətənə kolları aşkarlanaraq götürülüb.

Bundan başqa şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ülviyyə Həsənli.
Qərb Xəbər.

Gömrük Komitəsində yeni həbslər gözlənilir

Gomru

Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir. “Qərb Xəbər” “Bakupost.az”a istinadən xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb. Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. … Read more

Azərbaycanda vəzifəli şəxslər barədə cinayət işləri başlanıldı

Hakimm

4 iyul 2022-ci il tarixdə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılıb. Bununla bağlı Baş Prokurorluqdan verilən məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci … Read more

Oğul yüksək vəzifədə çalışmış atasını niyə öldürüb? – Tovuzdakı cinayətin təfərrüatı

tovuz

Tovuz rayonunda 1980-ci il təvəllüdlü Ceyhun Əliyev ov tüfəngi ilə atası 1947-ci il təvəllüdlü Qamət Əliyevi öldürüb. “Qərb Xəbər” “Bizim.Media”-ya istinadən bildirir ki, hadisə bu il fevralın 14-də Tovuz rayonu Hunanlar kəndində baş verib. İstintaq sənədlərinə görə, qətli törədən Ceyhun Əliyev anlaqsız vəziyyətdə olub. O, cinayət əməlini törətməzdən əvvəl və hadisə anında “şizofreniya paranoid forma” … Read more

Ali Məhkəmənin sədri Tovuzda vətəndaşlarla görüşüb

4b988e6fa52b528d54b4b36fb779785a

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Tovuz  rayonunda Tovuz, Ağstafa, Qazax və Gədəbəy, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib. “Qərb Xəbər” məlumat verir ki, Ali Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda … Read more

Ekologiya və Təbii Sərvətlər naziri Qazaxda vətəndaşları qəbul edib

B42c65505cf9e81fd2299e251e4f24bd

15 iyul 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Qazax şəhərində yerləşən Gənclər Mərkəzində vətəndaşları qəbul edib. “Qərb Xəbər” bildirir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa … Read more

Uşaq bağçalarına elektron qəbul başlayır

C24dee82 c2e1 38bc a876 576079b11d2c

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) uşaqların qəbulu prosesinə start verilir. “Qərb Xəbər”in Təhsil Nazirliyinə istinadən məlumatına görə, proses sentyabrın 14-dək davam edəcək. Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən … Read more

Ağstafada qatar qadını vuraraq öldürüb

Images (6)

Ağstafa rayonunda qatar yerli sakini vuraraq öldürüb. “Qərb Xəbər”in məlumatına görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb. Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əli qızı Əliyeva mal-qaranı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçirmək istəyən zaman qatar onu vurub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.

Siyasətçi: “Avropa Birliyi üzbəüz görüşü dəstəkləyir”

B592b7e9 a7a2 33ea 9f61 91761f5d418e

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb. Ceyhun Bayramov səfər çərçivəsində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xarici İşlər naziri İlia Darçiaşvili və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşəcək. Məsələ ilə bağlı “Qərb Xəbər” ə “ReAl” partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, Tbilisi görüşündə əsas müzakirə mövzusu sərhədlərin delimitasiyası və … Read more

Ararat Mirzoyan Gürcüstanda

6950456 (1)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gəlib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tvitterdə bildirib. Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə görüşü keçiriləcək.

Tovuzda avtoservis yanıb

62d1b0ceb98a962d1b0ceb98ab16579094548b5d97d59ac8eae923735bfaec6d1b83

Tovuzda yanğın hadisəsi baş verib. “Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sözügedən ünvanda yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin təmir sexində olan “Mercedes” markalı mikroavtobus … Read more

Tovuzda 36 yaşlı qadın bıçaqlanıb

Indir (14)

Tovuzda 36 yaşlı qadın bıçaqlanıb. “Qərb Xəbər”in məlumatına görə, hadisə Avdal kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü G.Rzayeva mübahisə zəminində bir bıçaq xəsarəti alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Qadını bıçaqlamaqda onun həyat yoldaşı şübhəli bilinir. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb

Images (5)

Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb. “Qərb Xəbər”in məlumatına görə, hadisə Ələsgərli kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü B.Xəlilov bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi və kim tərəfindən törədildiyi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

1604484268427 xmnBl9rv

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı … Read more

Ağstafada avtomobil qəzası olub

Images (4)

Ağstafa rayonunda avtomobil qəzası olub. “Qərb Xəbər”in məlumatına görə, avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü E.Qurbanov, 2001-ci il təvəllüdlü C.Tağızadə və 2002-ci il təvəllüdlü M.Kərimov xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, E.Qurbanovun müalicəsi isə xəstəxana şəraitində davam etdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Ceyhun Bayramov Gürcüstana gedib

629c91b2b482d629c91b2b482e1654428082fe25cb3f632e345026df51a32e5c565f

Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb. Bu barədə “Qərb Xəbər”ə Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində C.Bayramovun Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Politoloq İranda baş tutacaq görüşdən danışdı

2019 09 16 ucluzirve 108 zirve

İyulun 19-da İranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir. Bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd edək ki, daha əvvəl hər 2 liderin eyni gündə İrana gedəcəyi xəbəri yayılmışdı. Görüşün niyə məhz İranda baş tutmasını, görüşdə müzakirə olunacaq məsələləri və bu görüşdən sonra bölgədə baş verə biləcək dəyişiklikləri politoloq Oktay … Read more