Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Gədəbəy, Şəmkir və Tovuz rayonlarının qaz təchizatında fasilə yaranacaq

Qaz tebii

Sabah Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar, oktyabrın oktyabrın 18-də saat … Read more

DİN-in Mətbuat Xidmətinin 5 əməkdaşına kapitan rütbəsi verilib – SİYAHI

Indir (96)

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilib. “Qərb Xəbər”in əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov, Lənkəran … Read more

Leyla Abdullayeva Azərbaycanın Fransada səfiri təyin edilib

Indir (95)

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. “Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Cahandar Bayoğlu: “Azərbaycan Milli Hərakatı kifayət qədər siyasi gücə malikdir”

Cahandar

“İranda gedən bu günkü siyasi olaylar rejimin mahiyyətini bir daha çılpaqlığı ilə ortaya qoymuşdur. Eyni zamanda rejimə qarşı olan güclər də politrasını da sərgiləyə bilmişdir”. Bu sözləri Turan Partiyasının başqanı Cahandar Bayoğlu “Qərb Xəbər”ə açıqlamasında bildirib. “Bu gün İran adlanan coğrafiyada gedən hərakatın Azərbaycan Türklük hərakatına aiddiyəti olsa da onun mahiyyətinə uyğun deyil. Azərbaycan Türklük … Read more

“Məmur iqtisadiyyatı qiymətin qalxmasına və rəqabətin azalmasına səbəb olur” – Ekspert

Big 203d564b bc68 465d b07c e79088da7eb4

“Məmur iqtisadiyyatı müxtəlif məqamlarda ümumi qiymətin qalxmasına, rəqabətin azalmasına, keyfiyyətin aşağı düşməsinə səbəb olur”. Bu sözləri “Qərb Xəbər”ə açıqlamasında iqtisatçı Elçin Rəşidov bildirib. “Bu il 100 min hektar bu taxıl sahəsinin yandığını elan etdilər. Kənt Təsərrüfatı Nazirliyi məhsul gətirmədiyini elan etdi . Hansı ki, hal-hazırda ölkənin çox böyük administrativ subsidiyaları və büdcə resursları pambığın əkilməsinə … Read more

Son 50 ildə vəhşi heyvanların sayı iki dəfədən çox azalıb

Peleng

Ümumdünya Vəhşi Təbiət Fondu olduqca məyusedici “Canlı planet” hesabatını dərc edib. “Express” yazır ki, hesabatda deyilənə görə, planetdə vəhşi təbiət amansızcasına yox olur, bu da bütövlükdə Yer kürəsində həyatı təhlükə altına qoyur. Tədqiqatçılar 2022-ci il hesabatını tarixin ən əhatəli hesabatlarından biri hesab edirlər. “Qərb Xəbər” xarici KİV-lərə istinadla bildirir ki, bu il alimlər 2020-ci ilin … Read more

Gədəbəydə havaya atəş açan şəxsin kimliyi müəyyən edilib

634cf3caea3db634cf3caea3dc1665987530634cf3caea3d9634cf3caea3da

Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib. “Qərb Xəbər” bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.   Onun sözlərinə görə, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib: “Müəyyən tədbirlər nəticəsində, videodakı şəxsin Gədəbəy rayon … Read more

Azərbaycanın avtomobil yollarındakı vəziyyətlə bağlı xəbərdarlıq

FotoJet (50) (1)

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər NAzirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabr ayının 17-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Aİ Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiq edəcək

Indir (94)

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi, oktyabrın 17-də Lüksemburqda planlaşdırılan görüş keçirəcək. “Qərb Xəbər” “TASS”a istinadən xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəklərini bildirib. Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları məlum deyil: “Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi … Read more

“Asia Times”: “Dolların dominantlığı sürətlə sona çatır”

Indir (93)

ABŞ valyutasının ehtiyat kimi təsirinin azalması səbəbindən dolların dominantlığı sürətlə sona çatır. “Qərb Xəbər” xəbər veirr ki, bu barədə “Asia Times” məlumat yayıb. “Dünyanın ehtiyat valyutası kimi dolların vaxtı çoxdan keçib. ABŞ-ın dövlət borcunun həcmini nəzərə alsaq, o, buna tab gətirə bilmir və ABŞ valyutası üçün əsas təhlükə Asiyadan gəlir”, – nəşr qeyd edib. Qeyd … Read more

Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayır

Ceyhun bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də Türkiyəyə səfər edəcək. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Türkyənin Xarici İşlər Nazirliyi tviter hesabında xəbər verib. Məlumata görə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısına qatılacaq. Toplantıda həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan təmsilçiləri də iştirak edəcəklər.

FED ilin sonunadək uçot dərəcəsinin 1,5 faizlik artıra bilər

Indir (83)

Sent-Luisin FED (Federal Ehtiyat Sistemi-red) rəhbəri Ceyms Bullard noyabr və dekabr aylarında keçirdiyi hər iclasda FED-in uçot dərəcəsini 75 baza bəndi artıracağını güman edir. Bu barədə “Qərb Xəbər” “Bloomberg”ə istinadən xəbər verir. Bullardın sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız “nisbətən aşağı” stressə səbəb olur. Sentyabrın 21-də Federal Ehtiyat Sistemi (FED) uçot … Read more

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib

Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov Mirsaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. … Read more

Bakıdan Qazaxa gedən avtobus Tovuzda yük maşınıyla toqquşdu

1665809927 q

Bakıdan Qazax rayonuna gedən sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.   “Qərb Xəbər”in məlumatına görə, Bakı-Qazax magistal yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “KamaZ” markalı yük avtomobili toqquşub. Qəza zamanı mikroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il … Read more

İqtisatçı: “Nazirlər Kabnetinin inflyasiya üçün hazırladığı tədbirlər yetərli deyil”

Inflyasiya 1280x720

“Azərbaycanda İnflyasiya ilin 9 ayı üçün rəsmi mənbələr 14,2%, ərzaq inflyasiyası üçün isə 21,6 % qeyd edirlər. Rəsmi mənbələr bizdə inflyasiyanı olduğu kimi əks etdirə bilmirlər. İnflyasiyanı ona görə az göstərirlər ki, dövlətin bəzi xərclərini və müavinətlərini aşağı göstərsinlər. İnflyasiyanın şəffaf izlənməsi üçün bütün istehlak səbətinə daxil olan bütün malların orta qiyməti çıxarılsa, daha sonra … Read more

ABŞ-dan Ukraynaya daha bir böyük yardım

6349de36ceeb36349de36ceeb416657853986349de36ceeb06349de36ceeb1

ABŞ prezidenti Co Bayden Ukraynaya 725 milyon dollar həcmində əlavə hərbi yardım ayrılması üçün göstəriş verib. “Qərb Xəbər” bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Co Bayden Ukraynada hərbi hazırlıq və təlimə kömək məqsədi ilə ABŞ-ın Müdafiə Nazirliyinə 750milyon dollar ayrılması üçün göstəriş verib. Qeyd edək ki, ötən gün Reuters agentliyi ABŞ-ın … Read more

“Makron Ermənistan naminə Paşinyandan daha çox çalışır” – Şərh

163d5fa7fe0bfb5b1cd073c7bd4f5c96

“Bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd … Read more

“Burada oturub ya Lerikə, ya Qazaxa müəllim təyin etmək doğru sistem deyil”

Siyavuş novruzov

“Qərb Xəbər” məlumat verir ki, Milli Məclisdə müəllimlərin attestasiyadan keçirilməsinin ləğvi məsələsi gündəmə gətirilib. Bu barədə deputat Siyavuş Novruzov qaldırıb. O qeyd edib ki, Təhsil Nazirliyinin tərkibində Dövlət ali təhsil müəssisəsələrini qırmızı diplomla bitirən şəxslərdən müəllim işləməsi üçün yenidən attestasiyadan keçmək tələb olunur: “Dövlət bu şəxslərə bilik verib, biliyini qiymətləndirib. Onun diplomunun altından qol çəkilib, … Read more

Qazaxda “İctimai vəkillik” mövzusunda təlimlər davam edir

311893601 161887636456180 3203380371174046660 n
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlər davam edir.
“Qərb Xəbər” bildirir ki, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin üçüncüsü 14.10.2022-ci il tarixində Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbindı baş tutub.

İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai birliyinin təşkil etdiyi təlim kursunda 15 kənd sakini iştirak edib.

Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, Qazax rayonunun daha 3 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər təşkil ediləcək.

Şəmkirdə qadın naməlum şəraitdə xəsarət alıb

Bıçaq

Şəmkir rayon sakini, 26 yaşlı L.Məsimova kəsici alətlə qarın nahiyəsindən daxilə keçən kəsilmiş-deşilmiş xəsarət alıb. “Qərb Xəbər”in məlumatına görə, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Qadının hansı şəraitdə xəsarət aldığı hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.