Bölgə xəbərləri

Bakıdan Qazaxa gedən avtobus Tovuzda yük maşınıyla toqquşdu

15 oktyabr / 12:59 1 dəq
1665809927 q
15 oktyabr / 12:59
Burada sizin reklamınız ola bilər

Bakıdan Qazax rayonuna gedən sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.  

“Qərb Xəbər”in məlumatına görə, Bakı-Qazax magistal yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “KamaZ” markalı yük avtomobili toqquşub.

Qəza zamanı mikroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nürgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyərinin stabil olduğu bildirilir.

Mikroavtobus Bakıdan Qazaxa gəlirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı