“İranda gedən bu günkü siyasi olaylar rejimin mahiyyətini bir daha çılpaqlığı ilə ortaya qoymuşdur. Eyni zamanda rejimə qarşı olan güclər də politrasını da sərgiləyə bilmişdir”.
Bu sözləri Turan Partiyasının başqanı Cahandar Bayoğlu “Qərb Xəbər”ə açıqlamasında bildirib.
“Bu gün İran adlanan coğrafiyada gedən hərakatın Azərbaycan Türklük hərakatına aiddiyəti olsa da onun mahiyyətinə uyğun deyil. Azərbaycan Türklük hərakatı bu proseslərin içində iştirak etmir. Bu prosesin iştirakçıları Xamenei çevrəsində ona müxalif olan yurddışı qaynaqlı qüvvələrdir. Eyni zamanda bunların bölgədə kukla dövlət qurmaq istəyən PKK, PYG, YPG, KOMELE, PEJAK kimi terrorçu güclərin yer aldığı bir hərakatdır. Azərbaycan Türkçülük hərakatı təbii ki, belə bir güclərlə əməkdaşlıq etmək, onların siyasi aksiyalarında olmasını özünə qəbul edə bilməz”.
Cahandar Bayoğlu əlavə edib ki, Azərbaycanın güneyində Azərbaycan Türklük Hərakatı, Azərbaycan Milli Hərakatı kifayət qədər yetgin siyasi gücə malikdir. Bu olaylarda da bir daha sübut etdi ki, bu marjinal güclərin, dış qaynaqlı güclərin, İran rejminə bağlı olan güclərin iradəsi ilə hərəkət edən bir hərakat deyil.
“Bu hərakat tam bağımsız Azərbaycan Türklərinə, dünya Türklüyünə bağlı bir hərakatdır və bu hərakat özünün siyasi iradəsini hər zaman ortaya qoymağa hazırdır. Azərbaycan Türkiyə hərakatı öz davranışları ilə sübut etdiki bunun başının üstündən görülən bütün siyasi hərakətlənmələr Azərbaycan Milli Hərakatından yan keçər. Azərbaycan Güneyində gedən hərakat Dünya Türklük hərakatının tərkib hissəsi olaraq bölgədə İran adlanan Azərbaycanda, Azərbaycanın bütün sınırları içərisində siyasi hakimiyyət uğrunda mübarizə aparan bir hərakatdır”.
Turan Partiyasının başqanı qeyd edib ki, Bu hərakat İran adında qondarma bir adın tarixin arxivinə göndərilməsi uğrunda mübarizə aparan bir hərakatdır.
“Bu hərakat İran adlanan Azərbaycanda yeni bir Türk dövlətinin yaranışının elan olunmasına hazırlanan bir hərakatdır və bu hərakat eyni zamanda yaxın gələcəkdə Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti ilə birgə ortaq konfederal bir qurluşa hazırlanan bir hərakatdır. Bu hərakatın bütün siyasi cizgiləri və konturları bəllidir, və hərakatın hara getdiyini çox dəqiq və düzgün bilir. Bu hərakat təkcə Azərbaycan Milli hərakatının hərakatı deyil. Bu hərakat bölgədə yaşayan 200 milyonluq Türkün hərakatıdır. Bu hərakatın sınırları Xorasandan Ədirnəyə qədər olan, eyni zamanda Quzey Qafqazdan olan Kəngər körpəzindən olan bir coğrafiya olan Türkülük hərakatıdır kı, bu sorumluluğu tək Azərbaycan Milli Hərakatının üzərində deyil, həmçinin, bölgədə olan 200 milyonluq bir türk millətinin sorumluluğu içərisindədir. Bu sorumluluğun hər kəs fərqində olmalıdır”.