Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

“Vətən böyük və əbədi bir ölkədir!” mövzusunda görüş keçirilib

Bca98053 20bd 44a0 ae23 7df3c9e63f39

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən böyük və əbədi bir ölkədir!” mövzusunda Zoom platformasında görüş keçirilib.

“Qərb Xəbər” görüşün fəxri qonağı Şimali Kipr Türk Respublikasının protokol təqdimatçısı, Kipr Türk Media və Əlaqələr Dərnəyi başqanı – Sərdar Şəngül olub.

Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Sərdar Şəngül Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasından və Azərbaycan-Şimali Kipr arası əlaqələrin vacibliyindən danışıb. Şəhid kapitan Çingiz Topel xatirəsi anılıb. Şimali Kipr Türk Cümhuriyyəti-Əbədi Birlik Gənclər İctimai Birliyi birgə layihələrin olacağını vurğulamışdır.

Son olaraq “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Sərdar Şəngülə dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirmişdir.

Tovuzda sağlamlıq imkanları məhdud olan gənclərin iştirakı ilə veloyürüş keçirilib

1667171811221460830 1000x669

Əsas məqsədi sağlamlıq imkanları məhdud olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhfə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan “Biz Birik – İnklüziv və sağlam həyat” layihəsinin davamı olaraq “Tovuz – Gənclər … Read more

Ağstafada 41 yaşlı kişini avtomobil vurub

635ec2cf1de9e635ec2cf1de9f1667154639635ec2cf1de9a635ec2cf1de9c

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb. 1981-ci il doğumlu Ağstafa rayonunun Yuxarı Göycəli kənd sakini Məmmədov Rasim Kərəm oğlunu yolu keçərkən maşın vurub. Piyada ağır bədən xəsarətləri alıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Sinoptiklər bu il qışın sərt keçəcəyini proqnozlaşdırırlar

Snowy weather karlı hava qar, yağış, şaxta, yağmur, soyuq, külək

Bu il, xüsusən də 2023-cü ilə daxil olduqdan sonra qış fəsli çox sərt keçəcək. “Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə məlumatı -ABŞ, Rusiya, Almaniya, Fransa və s ölkələrin ekoloqları təstiqləyirlər. Məlumatda bildirilir ki, əsas soyuq yanvar, fevral və mart aylarına təsadüf edəcək. Qarşıdakı qış aylarında normadan artıq qar yağacağı da ekoloqlar tərəfindən … Read more

Marsda qədim okeanın izləri tapılıb

1920x1080

Pensilvaniya Universitetinin alimləri Marsda qədim şimal okeanının izlərini qeydə alıblar. “Qərb Xəbər” məlumat verir ki, araşdırmanın nəticələri “Journal of Geophysical Research: Planets” jurnalında təsvir edilib. Qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib. Müşahidələr göstərir ki, onun yaşı təxminən 3,5 milyard ildir. 2022-ci ilin oktyabrında Şimal-Qərb Universitetinin amerikalı mütəxəssisləri sübut ediblər ki, Marsda … Read more

Aİ və Almaniya “Sepah”ı terror təşkilatı kimi tanımağa hazırlaşır

Indir 2022 10 31T085858.132

İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər. “Qərb Xəbər” “Iran International”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok danışıb. Onun sözlərinə görə, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında … Read more

Lula da Silva Braziliyada prezident seçilib

Acaf61b6 a3db 39e1 b8f7 1e9be19131a8

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva ölkəyə 2023-2027-ci illər ərzində üçüncü dəfə rəhbərlik edəcək. “Qərb Xəbər” xəbər verir ki, onun qələbəsi rəsmiləşib. Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 % səs topladığını açıqlayıb. Səslərin 100 faizinin hesablanması ilə Lula da Silvanın nəticəsi 50,9 faiz olub. Onun rəqibi, hazırkı Prezident Jair Bolsonarunu səsverməyə … Read more

Tovuzda “İngilis dili hər kəs üçün əlçatandır!” layihəsinə start verilib

IMG 20221029 WA0017

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dili hər kəs üçün əlçatandır!” – ingilis dili kurslarının təşkili layihəsinin icrasına başlanılıb.

‘Qərb Xəbər’ məlumat verir ki, layihənin əsas məqsədi Aşağı Quşçu kəndində yaşayan və həmin kənddə yerləşən 3 məktəbdə ( Aşağı Quşçu 1 nömrəli tam orta məktəb, İ. Mürşüdov adına tam orta məktəb, İ. Bayramov adına tam orta məktəb) təhsil alan şəhid, qazi ailələrindən, onların yaxınlarından, eləcə də maddi imkanı zəif olan istedadlı, öyrənməyə həvəsli şagirdlər üçün ingilis dili kursunun təşkilidir.

Layihənin rəhbəri Tovuz rayon Aşağı Quşçu kənd tam orta məktəbinin ingilis dili müəllimi Leyla Məmmədovadır.

Layihə çərçivəsində bu kursa cəlb olunan şagirdlərin 5 ay ərzində dinləyib-anlama, danışma, oxu, yazı bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.
23 oktyabr 2022-ci il tarixdə layihəyə seçim üçün test imtahanı keçirilib. İmtahanın nəticələrinə əsasən layihədə iştirak edəcək 15 şagirdin adları məlum olub.
Qeyd edək ki, layihənin sonunda şagirdlərin hər birinə təlim keçilən səviyyə üzrə sertifikat veriləcək.

DYP rayonlara getmək istəyənlərə xəbərdarlıq etdi

Trend dyp main

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Qurumdan daxil olan müraciətdə bildirilir ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir: “Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud … Read more

Qafqaz Müsəlmanları İdarəsi İranla bağlı sərt bəyanat yayıb

Seventimes 03a09f300aa1dfa1e049d0ab42bdd91d 2eag0roubcsxjztmyhpn

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb. “Qərb Xəbər” bəyanatın mətnini təqdim edir: ” Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla … Read more

Əncirin bilmədiyimiz faydaları

Encir

Yüzlərlə kiçik toxumla dolu olan əncir sağlamlığınız üçün çox vacibdir. “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir ki, əncir lif, həmçinin dəmir, kalsium, kalium və C, B1, B2, B6 vitaminləri ilə zəngindir. Əncir və yarpaqları müxtəlif qida maddələri ilə zəngindir və sağlamlığa faydalıdır. Əncir həzmi tənzimləməyə, ürək sağlamlığını qorumağa və qan şəkərini idarə etməyə kömək … Read more

Azərbaycan ordusunun texnikaları qış rejiminə keçirildi – Video

8787905

Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb. “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən bildirir ki, 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb. Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin … Read more

Almaniya prezidenti: Rusiya və Almaniya artıq tərəfdaş deyillər

1623674753181929280 1000x669

Almaniya prezidenti Frank-Valter Ştaynmayer alman xalqı qarşısında çıxışında deyib ki, Rusiya və Almaniya artıq tərəfdaş deyillər və Rusiyanın Ukraynaya qarşı apardığı “amansız işğalçı müharibəsi” Avropanın təhlükəsizlik quruluşunu tapdalayıb. “Qərb Xəbər”in məlumatına görə Ştaynmayer çıxışında Vladimir Putin haqqında danışıb və qeyd edib ki, “Rusiya prezidentinin imperialist ağızlsızlığı beynəlxalq hüququ pozub, sərhədləri şübhə altına alıb, əraziləri ələ … Read more

Ağstafa sakinlərinin qaz təsərrüfatına dair müraciətləri qeydə alınıb

1667026048637526001 1000x669

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində Ağstafa rayonunda keçirilən görüşdə ümumilikdə 12 müraciət səsləndirilib.

“Qərb Xəbər”in məlumatına görə İB-dən bildirilib ki, müraciətçilərdən dördü fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəldən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini istəyiblər. Sakinlərdən bir neçəsi qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Digərlərinin müraciətləri isə yeni yaşayış massivinin qazlaşdırılmasından ibarət olub.

Hər bir müraciət Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Putin İlham Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşəcək

Putin əliyev

Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirəcək. “Qərb Xəbər” bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Putin, Paşinyan və Əliyev arasında üçtərəfli danışıqlar keçiriləcək. “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, … Read more

“Turan Tovuz”un baş məşqçisi çılğın qol sevinci ilə kimə mesaj verib? – Video

Ayxan abbasov sum

Misli Premyer Liqasının bu gün keçirilən 12-ci turunun ilk oyununda maraqlı anlar yaşanıb. “Qərb Xəbər” bildirir ki, hadisə “Turan Tovuz” – “Sumqayıt” matçında (1:0) baş verib. Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov sevincini çılğın formada ifadə edib. 88-ci dəqiqədə Şəhriyar Əliyev qol vurduqdan sonra ilk olaraq məhz A.Abbasovun yanına gedib. Bu zaman artıq gənc mütəxəssis … Read more

Türkiyədə Respublika Günü qeyd edilir

3ff003ee bbb1 3b45 b00c 10b82af0cb04

Türk xalqının tarixində yeni dövr açan hadisə – Türkiyə Cümhuriyyətinin elan edilməsindən 99 il ötür. Cümhuriyyətin elan edilməsi ilə dövlət idarəçiliyində “Suverenlik qeyd-şərtsiz millətindir” şüarı öz yerini tutub.   Hər il oktyabrın 29-da türk xalqı əsas milli bayramını – Respublika Gününü qeyd edir. 1923-cü ilin bu günü Türkiyə Cümhuriyyət elan edilib. 1925-ci il aprelin 19-da … Read more

“BELARUS ƏRAZİSİNDƏN HÜCUM EHTİMALI VAR” – Ukrayna qoşunlarının bir hissəsini Belarusla sərhədə çəkib

Ukk

Ukrayna Rusiya ordusunun mümkün hücumlarını dəf etmək üçün qüvvələrinin bir hissəsini Belarusla sərhədə çəkib. “Qərb Xəbər”in məlumatına görə Qafqaz.media “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin müavini Aleksey Qromov deyib. “Hazırda zərbə qrupunun yaradılması (Belarusda – red.) görünmür. Amma təhdidlər var və olacaq. Biz reaksiya veririk, biz artıq şimal istiqamətində qüvvələrimizi artırmışıq”, – deyə … Read more

“Turan Tovuz”un “Sumqayıt” qarşısındakı heyəti

Futbol

Misli Premyer Liqasının 12-ci turnda bu gün keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” matçı üçün heyətlər açıqlanıb. “Qərb Xəbər” bildirir ki, komandalar saat 15:00-da başlayacaq oyuna aşağıdakı tərkibdə çıxacaqlar:     “Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu … Read more