“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində Ağstafa rayonunda keçirilən görüşdə ümumilikdə 12 müraciət səsləndirilib.
“Qərb Xəbər”in məlumatına görə İB-dən bildirilib ki, müraciətçilərdən dördü fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəldən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini istəyiblər. Sakinlərdən bir neçəsi qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Digərlərinin müraciətləri isə yeni yaşayış massivinin qazlaşdırılmasından ibarət olub.
Hər bir müraciət Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.