Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ukrayna Prezidenti Xersona gedib

Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda səfərdədir. “Qərb Xəbər” Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək. Xatırladaq ki, Ukrayna ordusu noyabrın 11-də Xersonu işğaldan azad edib. Bu, Zelenskinin işğaldan sonra həmin əraziyə ilk səfəridir.

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

Db78bcc8 0f22 3f81 9f3a 19b1c351b683

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib. O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür … Read more

Taksimdəki terror aktı ilə bağlı 46 nəfər saxlanılıb

FotoJet 2022 11 14T121025.125

Türkiyədə Taksimdə PKK/PYD terror təşkilatının törətdiyi terror aktı ilə bağlı 46 nəfər saxlanılıb. “Qərb Xəbər” “Türkiyegazetesi.com”a istinadən bildirir ki, bununla bağlı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ son məlumatları paylaşıb. Nazir indiyədək 46 nəfərin saxlanıldığını qeyd edib. Xatırladaq ki, hadisə zamanı 6 nəfər ölüb, 81 nəfər yaralanıb.  

Pakistan-Əfqanıstan sərhədindəki atışmada ölən və yaralılar var

315527482 840880407132980 8538595368027954250 n

Əfqanıstanla sərhəddəki “Spin-Boldak-Çaman” keçid məntəqəsi ərazisində baş verən atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb. Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açdığı iddia edilir. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir. Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstanın hadisəni törədənləri ekstradisiya etməsinə qədər onu bərpa … Read more

Zakir Həsənov Gürcüstanda rəsmi səfərdədir

RemasterDirector V0

Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Caunşer Burçuladzenin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada ulu öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi … Read more

Ağstafa sakini çay aldı, avtomobil qazandı

Ağstafa sakini çay aldı, avtomobil qazandı

Mağazadan çay aldı, avtomobil qazandı. “Final” çayın təşkil etdiyi lotareyanın şanslı qaliblərindən biri də Ağstafa rayonundan Kərimovlar ailəsi olub.

“Qərb Xəbər”ə danışan ailə üzvləri avtomobili qazandıqları üçün sevincli olduqlarını bildiriblər.

Qazax rayonunda keçirilən təqdimat mərasimində aktyor ve teleaparıcı İlkin Heseni iştirak edib. Daha sonra avtomobilin açarı sahibinə təhvil verilib…

“Final” çayının marka müdiri Davud İbrahimov isə növbəti tirajın dekabr ayının 1 də baş tutacağını bildirib.

 

Gədəbəydə polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub

1662191535 1595233403 polis b2mmk4s

“Unikal”ın məlumatına görə, rayonun Qumlu kənd sakini Akif İsmayılov (soyad şərtidir) ata evindən özünə məxsus divanı götürmək istəyərkən anası və qardaşı onu döyüblər. A.İsmayılov Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları isə işin araşdırılacağını bildiriblər. Lakin sonradan o, yenidən ata evinə gəlib və divanı götürmək istəyib. Anası, bacısı və qardaşı onu yenidən döyüblər. Bundan … Read more

Qazaxda “ASAN xidmət”in fəaliyyətindən 3400 nəfər yararlanıb

6efc193fc5ec080067dcfa86263957ce

Hər il olduğu kimi, Qazax rayon sakinləri “ASAN xidmət”in fəaliyyətindən növbəti dəfə yararlanıblar. “Qərb Xəbər” bildirir ki, 6 oktyabr-4 noyabr 2022-ci il tarixlərdə rayonda olan Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 30 gün müddətində texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında (“Azərpoçt” MMC-nin və Qazax Telekommunikasiya qovşağının qarşısı) səyyar … Read more

DTX İranın daha bir casus şəbəkəsini ifşa etdi – Video

Dtx

İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. “Qərb Xəbər” bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər … Read more

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

B5ee020829ba4f41678f8a0b68571d47

Şəmkirdə ağacəkmə aksiyası keçirilib. “Qərb Xəbər” bildirir ki, Şəmkir Şəhidlər Xiyabanında keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, hüquq-mühafizə oraqnlarının rəhbərləri, könüllülər, ümumilikdə 284 nəfər iştirak edib. “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəhidlər Xiyabanının ərazisinə 340 ədəd zeytun, cökə, çinar ağacları əkilib. Şəmir RİH … Read more

Tovuzda narkokuryer saxlanılıb

Həps

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin … Read more

İstanbuldakı terroru ASALA üzərinə götürdü

Project banner

İstanbulun mərkəzində törədilən partlayışa görə məsuliyyəti erməni terror təşkilatı – ASALA təşkilatı üzərinə götürüb. “Qərb Xəbər” “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus “Armenisch88” Telegram kanalı yayıb. Mənbə iddia edir ki, 1985-ci ildə Diyarbəkirdə doğulan Jiyan Tosun adlı PKK-lı kürd terrorçusu partlayışdan öncə terror təşkilatı ilə işbirliyinə başlayıb.

Tovuzda avtomobil qəzası olub

Images (33)

Tovuz rayonunun Hunanlar kəndində 1 nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif xəsarətlər … Read more

Gədəbəydə avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb

Indir 2022 11 14T090237.402

Gədəbəydə avtomobil qəzası zamanı 5 nəfər xəsarət alıb. “Qərb Xəbər”in məlumatına görə, “VAZ-21015” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1995-ci il təvəllüdlü A.Tağızadə, 1997-ci il təvəllüdlü B.Əkbərov, 1995-cı il təvəllüdlü Ç.Məhəmmədli, 1997-ci il təvəllüdlü D.Məhəmmədli, 1993-cü il təvəllüdlü Z.Ələkbərov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə sosial şəbəkələrə məhdudiyyət tətbiq edildi

Facebook00

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu sosial media platformalarına müəyyən məhdudiyyət tətbiq edib. “Qərb Xəbər” bildirir ki, məhdudiyyət İstanbulun Taksim meydanında baş verən partlayışla əlaqəlidir. Belə ki, qadağa partlayışla bağlı media etikasına zidd, terror məzmunlu informasiyaların qarşısının alınması məqsədi daşıyır.

İsrail İstanbuldakı partlayışdan sonra Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır

GettyImages

İsrail İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayış nəticəsində insanların həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verir və hadisə ilə bağlı Türkiyə tərəfinə hər cür yardım göstərməyə hazırdır. Bunu İsrailin müdafiə naziri Benni Qants deyib. “İsrailin müdafiə qurumu istənilən yardımı göstərməyə hazırdır. Son bir saat ərzində mən həmkarım, Türkiyənin müdafiə naziri Hulusi Akarla danışdım və … Read more

İstanbuldakı partlayışda yaralı sayı 81 nəfərə çatıb

315502669 812324236550862 7218326551823278403 n

“Belə görünür ki, qadın hesab etdiyimiz terrorçunun bombanı partlatması nəticəsində terror aktı olub”. Bunu istanbuldakı partlayış yerində olan Türkiyənin vitse-prezident Fuat Oktay deyib. “6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır”, – deyə o, bildirib. “Biz qərarlıyıq. Bu hadisələrin arxasında kim dayanırsa, dünyanın harasına getsə də, cavab … Read more

Tovuzda qadın dəm qazından zəhərlənib

News

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. “Qərb Xəbər”in məlumatına görə, Bozalqanlı kənd sakin 1983-cü il təvəllüdlü Ceyhunə Məmmədhəsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Türk Dövlətləri Təşkilatı Türkiyənin yanında olduqlarını bəyan edib

637114957da0f637114957da101668355221637114957da0b637114957da0d

Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış nəticəsində ölən və yaralananların olması barədə xəbəri böyük kədərlə qarşıladıq. “Qərb Xəbər” bildirir ki, bu haqda Türk Dövlətləri Təşkilatınınn (TDT) rəsmi “Twitter” hesabında bildirilib “Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmağı arzu edirik”, – qeyd olunub. Eyni zamanda, belə ağır məqamda TDT-nin Türkiyənin yanında olduğu vurğulanıb.