Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Qazaxda avtomobil 6 yaşlı uşağı vurub

Eaca8aa4 5aa6 3324 920c 27678cb04946

Qazax rayonunda avtomobil 6 yaşlı uşağı vurub. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili Qazax rayon sakini, 2016-cı il təvəllüdlü M.Muradovanı vurub. Hadisə nəticəsində uşaq müxtəlif bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Hazır şorbalardan istifadənin zərərləri

16700609834376156986 1000x669

Tez hazırlanan məhsullar və hazır şorbalar orqanizmə ziyan verən qidalardır. Təəssüf ki, müasir dövrdə istər iş adamları, istər tələbələr, istərsə də mətbəxdə az vaxt keçirmək istəyənlər bu cür qidalardan yararlanmaqla öz vaxtlarına qənaət etmiş olduqlarını düşünürlər. “Qərb Xəbər” “AZƏRTAC”a istinadən xəbər verir ki, həkim-diyetoloq Gülşən Rzayeva deyib: “İstehlakçılar tez hazırlanan qidalar arasında paket şorbaların daha sağlam … Read more

Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Zaqatalaya rəis təyin olunub

Polis idaresi

Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) rəis təyinatı olub. “Qərb Xəbər” bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub. C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalışıb.

Ağ Ev sözçüsü: “ABŞ Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”

Z3NP4NV5U5AKVL7P4QUEW2BCSU

“Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”. “Qərb Xəbər” bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib. Onun sözlərinə görə, bundan əvvəl Vaşinqtonda dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri ilə iki üçtərəfli görüş keçirilib. Həmçinin tərəflərlə telefon əlaqəsi də davam etdirilir. “Ermənistan və Azərbaycanın … Read more

Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu start götürüb

37dae30d4c25440a44f29143fa565071

Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu öz işinə başlayıb. \

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, forumu Gürcüstanın ədliyyə naziri Rati Breqadze və azərbaycanlı həmkarı Fikrət Məmmədov açıblar. Bildirilib ki, hüquq forumunun keçirilməsində məqsəd iki ölkənin ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsi və hüquqi əlaqələrin dərinləşdirilməsidir. Tədbirdə Gürcüstan və Azərbaycanın ədliyyə nazirlərinin müavinləri, prokurorluq və ədliyyə nümayəndələri, hüquqşünaslar korpusunun nümayəndələri iştirak edirlər. Forumda ədliyyə sisteminin gücləndirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, penitensiar və probasiya sistemlərinin gücləndirilməsi, qarşılıqlı hüquqi yardım kimi məsələlər müzakirə olunur.

Qeyd edək ki, hüquq forumu iki ölkənin ədliyyə nazirləri arasında ötən il Avropa Şurasının təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində Venesiyada başlayan sıx və səmərəli əməkdaşlığın davamıdır. Bu ilin martında Rati Breqadzenin Bakıya səfəri zamanı Gürcüstan və Azərbaycanın Ədliyyə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb ki, bu da digər tədbirlərlə yanaşı, illik birgə hüquqi forumun keçirilməsini də nəzərdə tutur.

Qazaxda yaşayıb-yaratsa da, səs-sorağı Avropadan gəlir

16700513133556210971 1000x669

Altmış yeddi yaşlı Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır, yaradıcılıqla məşğul olur. Rəssamlığa lap kiçik yaşlarından, 3-cü sinifdən başlayıb. Daha sonra rəssamlıq təhsili alıb, Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

“Qərb Xəbər” “AZƏRTAC”a istinadən xəbər verir ki, indiyə kimi qazandığı uğurları elə yaşadığı kənddə əldə edib. Bununla da sübut edir ki, uğur qazanmaq üçün məkanın fərqi yoxdur. Üstəlik rəssam qeyri-adi bacarığı ilə də diqqət çəkir. Belə ki, o, ölkədə ilk dəfə şam tüstüsündən istifadə etməklə 30-dək əsər ərsəyə gətirib.

Nəcməddin Hüseynov əsərlərinin əksəriyyətini boya ilə işləyir. Əsasən natürmort janrında çəkir. “Mən bəzi rəssamların yanan çırağın hisindən istifadə etdiyini gördükdən sonra qərara gəldim ki, bunu kətan üzərində yoxlayım. Sonra şam tüstüsündən istifadə etdim. Tüstü daha effektli, daha çalarlıdır. Şam tüstüsündən ancaq “ağ-qara” rəngli əsərlər işləmək mümkündür”, – deyə rəssam bildirir.

Həmsöhbətimizin sonuncu səs-sədası Avropadan gəlib. Bu yaxınlarda Almaniyanın Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Bu ad ona rəssamlıq sənətinin inkişafındakı xidmətlərinə görə verilib. Artıq təltif edilməsi barədə sənədləri və üzvlük nişanı da gəlib. Deyir ki, bu, ona yeni həvəs, enerji və məsuliyyət verib: “İnternet vasitəsi ilə Avropada Təbiət Elmləri Akademiyasından təklif gəldi. Sənədlərimi göndərdim. Məni akademiyaya üzv seçdilər. Azərbaycandan həmin Akademiyada 22 nəfər qeydiyyatdadır. Onların sırasında mənim də adım var”.

Rəssam, həmçinin Azərbaycanın və Rusiyanın Rəssamlar ittifaqlarının da üzvüdür. Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısıdır. Ölkəmizdə əsərləri bir çox məşhur şəxslər tərəfindən bəyənilib, tədbirlərdə sərgilənib, sosial şəbəkələrdə paylaşılıb. İndiyədək 3 mindən çox rəsm əsərinin müəllifi olan rəssamın əl işləri dəfələrlə beynəlxalq sərgilərdə də nümayiş etdirilib.

Kənddə fəaliyyət göstərdiyindən ləvazimat tapmaqda çətinlik çəkdiyini deyən Nəcməddin Hüseynov emalatxanası olmadığına görə evdə çalışdığını söyləyir. Əsərləri üzərində işləyərkən musiqiyə qulaq asır. Bu, ona əlavə güc və yaradıcılıq fantaziyası verir.

Onun əsərlərini ölkə daxilində və xaricdən internetlə sifariş göndərib, əldə edənlər də var.

Geoloqlar Gədəbəydə bir sıra ərazilərdə titanlı qumdaşlarını tədqiq ediblər

1670052409630437129 1000x669

Maqmatik və nadir torpaq elementlərinin aşkarlanması məqsədilə Gədəbəy, Daşkəsən, Göygöl, Lerik, Astara rayonlarında çöl tədqiqatları aparılaraq süxur nümunələri götürülüb və onların üzərində uyğun laborator analizlər yerinə yetirilib. Bu barədə Geologiya və Geofizika İnstitutunun Elmi şurasının 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabat iclasında AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq … Read more

Yuxusuzluğun beyinə təsirləri

Beyin

Çində alimlər yuxusuzluqla bağlı araşdırma aparıb. “Qərb Xəbər” bildirir ki, alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, yuxusuzluq beyinə çox mənfi təsir edir. Yuxusuzluq beyni məhv edir. Tədqiqatda 50-dən çox insan iştirak edib. Yuxusuzluq beyin neyronlarını məhv edir. Yuxu çatışmazlığı zamanı həmin neyronlar düzgün qidalana bilmir.   Nəticədə isə bu beyinə sarsıdıcı zərbə vurur.

Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb

Polis

Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb. “Qərb Xəbər” “Report”a istinadən bildirir ki, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən “Təbriz” hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib. Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul … Read more

DÇ-2022: Hakimlərin gəlirləri bəlli olub

1cdc6ff8 2a55 358c 9995 063749643eb9

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında oyunları idarə edən hakimlərin gəlirləri bəlli olub. “Qərb Xəbər”in məlumatına görə, mundiala baş hakim qismində dəvət olunan FIFA referiləri 70 000, onların köməkçiləri isə 25 000 dollar maaş alırlar. Həmçinin, təyin olunduqları hər matça görə FIFA hakimlərə əlavə qonorar ödəyir. Qrup mərhələsindəki hər təyinat baş hakimlərə əlavə 3000 dollar … Read more

DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək

1bb36445 29ad 3bad a903 aba88c6444ab

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək. “Qərb Xəbər” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək. Günün son matçı … Read more

Kremlin birbaşa tələbi olmadan Bakı ilə “xəritə savaşı”: Nə baş verir və kim nə istəyir? – Təhlil

1669981333 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Azərbaycan Müdafiə Nazirliyi ilə Rusiya Federasiyasının sülhməramlı kontingenti arasında müşahidə edilən “söz dueli” Bakı və Moskva arasında yaxın gələcəkdə baş verə biləcək “əsəb savaşı”nın xəbərçisidir. Aydın məsələdir ki, rus sülhməramlıları və RF MN Kremlin birbaşa tələbi olmadan Bakı ilə “xəritə savaşı”na başlamazdı. Belə olan təqdirdə, sual yaranır: nə baş verir? Bu suala cavab verə bilməkdən … Read more

Qazax rayon İkinci Şıxlı kənd sakinləri torpaqsız qalıb

Qazax rayon İkinci Şıxlı kənd sakinləri torpaqsız qalıb.

► qerbxeber.com

– Dünyada və ölkədə baş verən xəbərləri buradan oxuyun

► Facebook: Qerbxeber / https://www.facebook.com/qerbxeber

► G mail info@qerxeber.com

► TikTok QerbXeber / https://www.tiktok.com/@qerbxeber

► İnstagram: qerbxeber / https://www.instagram.com/qerbxeber/

► Radio Qərb: https://qerbxeber.com/radio/

► Twitter: https://twitter.com/QrbXbr1

► QHT: Qazax Regional İnkişaf Resursları İctimai Birliyi (QRİRİB)

►Abunə Olmaqdan çəkinməyin. Çünki hər zaman pulsuzdur:

https://cutt.ly/eIOOEtK İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

Naxçıvana verilən səlahiyyətlər həddindən artıq çoxdur – Rəy

63849ae2a383c63849ae2a383d166963478663849ae2a383863849ae2a383a

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddəki gömrük idarələrindən birində əməliyyat keçirməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir. DTX-nin bu gün İranla sərhəddə yerləşən gömrük idarələrinin birində əməliyyat keçirməsinə və idarənin rəisi, həmçinin digər əməkdaşlarının saxlanıb istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar doğru deyil. Naxçıvanda gedən prosesləri “Qərb Xəbər”ə şərh edən politoloq Oktay Qasımov bildirib ki, … Read more

İtaliya Ukraynaya silah yardımını davam etdirəcək

1669983376130917637 1000x669

İtaliya hökuməti 2023-cü ildə də Ukraynaya silah, texnika və hərbi-sursat verilməsi ilə bağlı yeni fərmanı təsdiqləyib. “Qərb Xəbər” “AZƏRTAC” istinadən xəbər verir ki, Baş nazir Ciorcia Meloninin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında Ukraynaya silah yardımının davam etdirilməsi müzakirə olunub. C.Meloni, Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani və müdafiə naziri Quido … Read more

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib

5f3e0a45 9bdd 3da9 bf5d f5cea4acbb3c

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, toplantıda Elm və Təhsil Nazirliyi tərəfindən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron təlim kurslarının keçirilməsi ilə bağlı” … Read more

“Biznesin incəlikləri” layihəsi yekunlaşıb

16699663576326898 1000x669

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və “Bank Respublika”nın regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün birgə həyata keçirdiyi “Biznesin incəlikləri” layihəsi yekunlaşıb. Fonddan bildirilib ki, layihə ilə bağlı sonuncu görüş Gəncə şəhərində keçirilib. Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev və “Bank Respublika” İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, qadınların sahibkarlığın inkişafındakı rolunu vurğulayıblar. Tədbir iştirakçılarına qadınların … Read more

Əhməd Cavadın 130 illiyi Özbəkistanda silsilə tədbirlərlə qeyd olunacaq

16699693266081352996 1000x669

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib. Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr … Read more

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası necə həyata keçiriləcək?

80f1ce26 a2f5 330d 93be 70134d0bee6c

Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub. “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası” adlı proqramın layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bəs bu proqram necə həyata keçiriləcək?”Qərb Xəbər” “Report” istinadən mövzuya aydınlıq gətirməyə çalışıb. “Proqram mərhələli şəkildə icra edilməlidir” … Read more

Daşkəsəndə gəlinini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Məhkəme

Daşkəsəndə gəlinini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib. Bu barədə”Qərb Xəbər” ə rayon prokurorluğundan məlumat verilib. Belə ki, 22.08.2022-ci il tarixdə Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qayınatası 1964-cü … Read more