Qazaxda azyaşlı “valerian”dan zəhərlənib
Qazax rayonunda 6 yaşlı uşaq dərmandan zəhərlənib. “Qərb Xəbər” bildirir ki, rayon sakini Y. Əmrahova “valerian” dərmanı içərək zəhərlənib. Uşaq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.