Ağstafada yeniyetmə qız dəm qazından zəhərlənib
Ağstafada zəhərlənmə faktı qeydə alınıb. “Qərb Xəbər”xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü N.S. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.S. yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.