Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin təlimə çağırılması barədə qərar verib

10a5dedc b2b6 3e92 91e4 868dde8a2681

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. “Qərb Xəbər” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.

Gələn həftədən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Imtahan

Aprelin 10-17-də Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu keçiriləcək. Nazirlikdən “Qərb Xəbər”ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər aprelin 10-u saat 11:00-dan aprelin 17-si saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimi zamanı ilkin … Read more

Dini Komitənin sədri: “118 din xadimi işdən uzaqlaşdırılıb”

Indir 2023 04 06T122941.166

“118 din xadimi işdən uzaqlaşdırılıb”. “Qərb Xəbər” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məscidlərə təyinatların verilməsi səlahiyyəti Dini Komitəsinə keçəndən sonra ölkədə təhsil almış, dövlətin maraqlarını qorumağa qadir olan 120-yə yaxın din xadimi təyinat alıb, 118 nəfər isə işindən uzaqlaşdırılıb.

AMB: “Biznes kreditlərinin şərtləri yumşaldılıb”

B102

Azərbaycanda biznes kreditlərinin şərtlərində yumşalmalar olub. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. “Biznes kreditləri üzrə risklər nəzərə alınmaqla, real sektorun maliyyələşməsində bankların rolunun stimullaşdırılması məqsədilə onlara digər növ kreditlərlə müqayisədə (məsələn, istehlak kreditləri) daha yumşaq prudensial normalar tətbiq edilir. Bu növ kreditlər üzrə bankların requlyativ kapitalının hesablanmasına birbaşa təsir edən ehtiyat normaları … Read more

DİM test sualları ilə bağlı iddialara aydınlıq gətirib

Dd44ee8e 34c9 33bc 8602 2297d284b3e0

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı iştirakçıları və təhsil ictimaiyyətinə müraciət edib. “Qərb Xəbər” xəbər verir ki, mərkəzin yaydığı məlumata görə, martın 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanların layihələşdirilməsində istifadə etməmək qərarı verib və daha çox imtahan iştirakçılarının, təhsil ictimaiyyətinin maarifləndirilməsi məqsədilə imtahanın məzmununu açıq şəkildə təqdim edir. İmtahanda iştirak … Read more

Finlandiyada hökumət istefaya gedəcəyini açıqlayıb

642dfee67006a642dfee67006b1680735974642dfee670064642dfee670067

Finlandiya hökuməti istefa verməyə hazırlaşır. “Qərb Xəbər” xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb. “Baş nazir Sanna Marin cümə axşamı, aprelin 6-da Mayntyniemidə (rəhbərin iqamətgahı) Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə hökumətin istefasını təqdim edəcək”, – deyə məlumatda qeyd olunub. Aprelin 2-də Marin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərində məğlub olduğunu etiraf … Read more

Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır

4fbb1f71 51af 34c9 8090 bdfdde6497cb

Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır. “Qərb Xəbər”in əldə etdiyi məlumatlarda müalicə prosesinin davam etdirildiyi, durumunun günü-gündən yaxşılaşdığı, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib. Belə ki, martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər … Read more

2022-ci ildə dünyada ərzaq qiymətləri 18%, gübrə qiymətləri 63% artıb

D1aa2754 a3ed 302e aa57 e0711d4d1b6a

2022-ci ildə dünyada ərzaq qiymətləri 2021-ci illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında deyilir. Ərzaq qiymətləri 2022-ci ildə dəhşətli dərəcədə bahalaşıb, yanvar-may ayları arasında 19% artıb. May ayından dekabra qədər 15% ucuzlaşma baş verib. Ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə illik müqayisədə … Read more

Ukrayna əks-hücum üçün 40 min döyüşçü hazırlayır

4167e5fa b14b 3403 bc52 bd5e640ef092

Ukrayna Daxili İşlər Nazirliyi 40 min nəfərə əks-hücuma hazırlıq üçün təlim keçir. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Kursantlardan Ukrayna Daxili İşlər Nazirliyi səkkiz briqada təşkil edəcək, onlar “Polad Sərhəd”, “Qasırğa”, “Spartalı”, “Çervona Kalina”, “Cəbhə”, “Qəzəb”, “Azov” və “Kara-Dağ” (Krımdakı dağın şərəfinə) adlarını alacaqlar. Briqadaların cəbhənin ən çətin sektorlarına yerləşdiriləcəyi gözlənilir. Ukraynanın … Read more

Stoltenberq: “NATO və Finlandiya heç vaxt Rusiya üçün təhlükə olmayıb”

1fdc3eb4 4a67 3639 bc27 df1895c6cc5c 850 (1)

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya lideri Vladimir Putinin Avropa İttifaqının Rusiya ilə geosiyasi qarşıdurmaya başlaması ilə bağlı sözlərini şərh edib. “Qərb Xəbər” xəbər verir ki, Baş katib nə Avropa İttifaqının, nə də NATO-nun Rusiya üçün təhlükə olmadığını vurğulayıb. “Bu, nə Aİ, nə də NATO tərəfindən qarşıdurma deyil. NATO müdafiə ittifaqıdır, NATO və Finlandiya heç … Read more

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

7551dd52 5e5f 3ac8 922c 7c87e4632053

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada … Read more

Gürcüstanın dörd hakimi ABŞ-ın sanksiyalarına məruz qalıb

01c8786f f76e 30ef a588 7f7556e29db6

Gürcüstanın dörd hakimi korrupsiya əməllərində iştirakına görə ABŞ-ın sanksiyalarına məruz qalıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlamasında deyilir. Qeyd olunub ki, hakimlər Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valeriana Tsertsvadzeyə qarşı sanksiya tətbiq edilib. “Adları çəkilən hakimlər Gürcüstanın məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən … Read more

Ukrayna Polşadan yeni hərbi yardım paketi alacaq

C21046ca f87a 35fe 89ad 2ef88f4bb1d5

“Kiyev və Varşava yeni hərbi yardım paketi haqqında razılığa gəliblər”. “Qərb Xəbər” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Ukrayna xüsusilə “MiQ-29” təyyarələri, “Rosomak” zirehli transportyorları və “Piorun” zenit-raket kompleksləri alacaq. “Bu gün biz Polşanın “Rosomak” zirehli transportyorlarının, “Rak” özüyeriyən minaatanlarının, hava hücumundan müdafiə sistemlərinin, xüsusən də Polşanın Baş naziri Mateuş Moravetskinin dediyi … Read more

İrandan göndərilən narkotiklərin pulları ilə Azərbaycanda iğtişaşlar yaratmaq, “Kərimə” dövləti qurmaq istəyən “müqavimətçi dəstə” saxlanılıb

D099d0b2 ef44 391e 8bc6 4124da21cd37

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə hər üç … Read more

Aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək

1596001531 imtahan

Dövlət İmtahan Mərkəzi aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. DİM-dən “Qərb Xəbər”ə verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan … Read more

Trampı 34 ittiham üzrə 136 ilə qədər həbs gözləyir – “Fox News”

Donald Trump official portrait

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı, aprelin 4-də Manhetten Cinayət məhkəməsində (Nyu York) ona qarşı ittiham irəli sürülən biznes sənədləşməsini saxtalaşdırmaqla bağlı bütün 34 cinayət ittihamı üzrə ümumilikdə 136 ilə qədər həbs cəzası gözləyir. Bu hesablamanı “Fox News” dərc edib. Tramp cinayət ittihamı ilə üzləşən və özünü təqsirli bilməyən ilk ABŞ prezidenti oldu. Jurnalistlər … Read more

Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması diqqətçəkən detaldır – Asif Nərimanlı

2 1 750x470

Xəbər verildiyi kimi, dünən Şuşa-Xankəndi yolunda maraqlı hadisə yaşanıb. “Qərb Xəbər” bildirir ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bir qrup ermənini Gorsdan götürərək, onları Xankəndinə aparmağa çalışıb. Lakin əvvəlcədən razılaşma olmadığından onların Şuşa-Xankəndi yolu üzərində qurulmuş postdan keçmələrinə icazə verilməyib. Həmin məlumatlara əsasən Azərbaycan tərəfi 27 nəfərdən ibarət karvanı geri qaytarıb. Bunu təkcə razılaşma ilə əlaqəli … Read more

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb

1680678000318968664 1000x669

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya … Read more

Mart ayı ərzində 6 siyasi partiya öz fəaliyyətinə xitam verib

1680677211 793e0c38a167cd0c31579ca1a694d7cdc4b8f8709c2523bd1f1ce4b4d4ebe39ccaf9f68d5f43d5c5f33e1a9234d984631674308220 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg jpg jpg jpg (1)

Daha bir partiya fəaliyyətini dayandırıb. Azərbaycan Sosial Demokrat Partiyası fəaliyyətini dayandırıb. Bu barədə partiya üzvləri məlumat verib. Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasınən sədri Araz Əlizadə idi. O, 2022-ci ildə dünyasını dəyişib. Sədrin vəfatından sonra partiya fəaliyyətsiz qalmışdı. Mart ayı ərzində Azərbaycanda qeydiyyatda olan 6 siyasi partiya öz fəaliyyətinə xitam verib: Azərbaycan Naminə Alyans … Read more