Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycan Prezidenti Tacikistanda səfərdədir

F231b7b1 f5b2 3226 914c a3bf3eefd5c3

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. “Qərb Xəbər” bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Rayonlara intensiv yağış yağacaq

Havallllllllllll

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı va

Böyrək sağlamlığını qoruyan qidalar

642bd8e43034c642bd8e43034d1680595172642bd8e43034a642bd8e43034b

İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Böyrək xəstəliklərinin yaranmasının əsas səbəbi isə düzgün qidalanmamaqdır. Qidalanma vərdişləri insanların sağlamlığına birbaşa təsir göstərir. Bu çərçivədə immunitet sistemini gücləndirmək və bədən orqanlarını qorumaq üçün istehlak edilən qidalara diqqət yetirmək lazımdır. “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər yaşından və cinsindən asılı olmayaraq hər kəsin kaliumla zəngin … Read more

Yaxın qohumları Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək

Indir 2023 04 05T092335.695

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. “Qərb Xəbər” xəbər verir ki, bununla bağlı Azərbaycan Miqrasiya Məcəlləsinə dəyişiklik edilib. Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən … Read more

Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

8877a017 1e17 3de8 b6db 72551cf0f851

ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Pentaqonun press-relizində deyilir. “Bu gün (dünən – red.) Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, – məlumatda deyilir. Nazirlikdən verilən məlumata görə, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, … Read more

İranda qızlar məktəbində daha 20 şagird zəhərlənib

A7884cb0 1f4b 3ab1 8dfb a7de5d2b64bc

İranın Təbriz şəhərindəki qızlar məktəbində 20 şagird zəhərlənib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb. Məlumata görə, onlar tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya aparılıblar. Şagirdlərin nədən zəhərləndikləri açıqlanmır. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs … Read more

Azərbaycanlı həkimlər Qarabağda yaşayan erməniyə yardım ediblər

4d2f873d a889 3cc3 bd58 3853ff112305

Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər yardım göstərib. “Qərb Xəbər” “Report”a istinadən  xəbər verir ki, Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım maşını gəlib, xəstəyə ilkin müdaxilə edilib. Daha sonra erməni qadın təcili tibbi yardım avtomobili ilə Xankəndi istiqamətinə aparılıb.

Donald Trampın həbs qərarı ləğv olunub

368b984b 4c26 3e61 b425 6a88424fceb8

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qiyabi həbs qərarı ləğv edilib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd edilir ki, Tramp ittiham olunduğu məhkəmə binasını tərk edib. Daha əvvəl Trampın qiyabi həbs olunduğu xəbər verilib. Bildirilirdi ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.

Şəmkirdə 22 yaşlı gənc bıçaq xəsarəti alıb

1e2af2c7 dfe3 320b 8d9a f39551f7c603

Şəmkir rayonunda 22 yaşlı yerli sakin qadınla mübahisə zamanı bıçaq xəsarəti alıb. “Qərb Xəbər”in məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Q.Abdullayev qadınla mübahisə zamanı bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ağstafada dəmir yolu xəttinin yaxınlığında kişi meyiti aşkarlanıb

57aaeb82 edb5 3c12 a09b 9c4e3447b9c4

Ağstafada bədbəxt hadisə baş verib. 4 aprel 2023-cü il tarixində saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyidi aşkar olunub. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Dövlət Dəmir Yollarından bildirilib. Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma … Read more

XİN başçısı: “Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır”

1676179441 ceyhun bayramov

“Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır”. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib. Görüş zamanı müqabil tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə məlumatlandıran nazir, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın … Read more

Rusiya güləşçilərinin beynəlxalq yarışlarda iştirakına icazə verilib

666b2aec b304 3a0a 8d8a 3861139020ae

Rusiya güləşçilərinin beynəlxalq yarışlarda iştirakına icazə verilib. “Qərb Xəbər” TASS-a istinadən məlumatına görə, bununla bağlı qərarı Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsi qəbul edib. Rusiyalı idmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər. Qərara əsasən, Belarus güləşçilərinə qoyulmuş qadağa da aradan qaldırılıb. Qeyd edək ki, iki ölkə təmsilçiləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Belarusun isə bunu … Read more

Ukrayna XİN başçısı ABŞ-dan daha çox silah istəyib

2959a791 d4c9 3ee5 a429 dd6962e9e029

Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Kuleba tviterdə yazıb. O bildirib ki, daha çox ərazini işğaldan azad etmək üçün Ukraynaya daha çox silah lazımdır. Kuleba həmçinin Ukraynaya verdiyi sarsılmaz dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib

Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşüb

935dcabc 2765 338c 9669 c096b15eab10

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşüb. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə edilib. Görüş zamanı Azərbaycan və AŞ arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğuna istinad olunaraq, bu … Read more

Aİ və BMT rəsmiləri Azərbaycana minatəmizləmə sahəsində dəstəklərini davam etdirəcəklərini açıqlayıblar

1679166907 trend peter mixalko

“Avropa İttifaqı (Aİ) 8 milyon avro yardımla Azərbaycanda minaların təmizlənməsi üçün ən böyük beynəlxalq donordur”. “Qərb Xəbər” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko tviterdə yazıb. “Biz bütün dünyada, o cümlədən Azərbaycanda mina qurbanlarının olmasına təəssüf edirik. Biz minatəmizləmə üçün bu dəstəyi davam etdirəcəyik, o cümlədən ekspert məsləhətləri vermək və münaqişədən … Read more

İranın 5 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub

Iran tehran

İranın 5, Belarusun isə 4 şirkətinin Azərbaycana məhsul gətirməsinə qadağa qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Agentliyin əməkdaşları İrandan idxal olunan portağal və Belarusdan gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirib. Götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Aparılmış ekspertiza nəticələrinə əsasən İrandan idxal olunan portağal məhsullarında … Read more

Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib

1658472565 ilham eliyev

İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. “Qərb Xəbər” bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Molla rejiminə xidmət etməkdə şübhəli bilinən daha 7 nəfər tutuldu

642c16b659cca642c16b659ccb1680610998642c16b659cc8642c16b659cc9

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. “Qərb Xəbər” “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb. Onlar Elşad Əsgərov, Azər Səricanov, Səbuhi Şirinov, Kərbəlayi Azər, Kərbəlayi Məhəmmədəli, Kərbəlayi İsmayıl və Hacı Qadirdir. Saxlanılan şəxslərin əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.