Paşinyan yeni Konstitusiya barədə açıqlama verdi

Paşinyan n

Ermənistanda yeni Konstitusiyanın qəbulu ən mühüm institusional məsələdir”. Qerbxeber.com Teleqraf–a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ermənistanda məhkəmə sistemi xalqdan qaynaqlanmır, xalqla məhkəmə arasında əlaqə kəsilib. Yeni Konstitusiyada Andlılar Məhkəməsi İnstitutunun tətbiqi müzakirə olunur: Nəhayət, bu problemdən qurtulmalıyıq. Bu məsələni həll etməyincə, bir çox fundamental məsələləri həll edə bilməyəcəyik”, – … Read more

Paşinyan: Onlar müharibəni qızışdırıb,özlərinə sərvət topladılar

Paşinyan teze

Ermənistanı müharibəyə keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan sürükləyib. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə, xüsusən də Sərkisyan və Köçəryan ölkəni Qarabağda – Azərbaycan ərazisində müharibəyə sürüklədikdən sonra oradan Ermənistana qaçıblar. Nikol Paşinyan keçmiş prezidentləri şəxsi məqsədləri naminə Qarabağda münaqişəni qızışdırmaqda ittiham … Read more

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 mlrd dollar olacaq-PROQNOZ

Valyuta

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 mlrd. dollar səviyyəsinə çatacaq. Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib. Qeyd edilib ki, AMB-nin ehtiyatları 2024-cü ildə 11 mlrd. ABŞ dollarına bərabər olub. Bu göstəricinin 2025-ci ildə 14,3 mlrd. dollara, 2026-cı ildə isə 14,8 mlrd. dollara yüksələcəyi gözlənilir. … Read more

Moskva meri: PUA hücumu hazırda davam edir

Moskva hücum

Rusiya paytaxtına PUA hücumu hazırda davam edir. Qerbxeber.com APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Moskva istintaqamətində daha iki PUA vurulub. Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq Ukrayna ordusu Moskvaya PUA hücumu həyata keçirib. Rusiya tərəfinin açıqladığı məlumata görə, Moskva istiqamətində uçan 34 Ukrayna PUA-sı … Read more

Ərdoğan:Ölkələrin Fələstini tanıması…

ərdoğan erdoğan erdogan

“Bəzi ölkələrin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin Fələstini tanıması son dərəcə mühüm və tarixi qərardır”. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Fələstinlə bağlı konfransda deyib. Onun sözlərinə görə, iki ilə yaxındır ki, İsrail hökumətinin güclənən hücumları səbəbindən bölgə ağır humanitar fəlakət yaşayır. “Qəzzada 65 mindən çox insanın həyatına … Read more

Sabirabad rayonunda zəlzələ olub

Zəlzələ

Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda zəlzələ qeydə alınıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 00.11-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Zəlzələ ocağı Yerin 66 kilometr dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.

“Qızıl top” mükafatının sahibi bəlli oldu

N2g7lbopxuwymjp75i3ni5tevojbre5mvzwo4b8l 825

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi bəlli olub. Qerbxeber.com xəbər verir ki, mükafatı Fransa seçməsinin və PSJ klubunun hücumçusu Usman Dembele əldə edib. Qadınlarda “Qızıl top”a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və “Barselona”nın üzvü Aitana Bonmati layiq görülüb. Ötən il mükafatı İngiltərənin “Mançester Siti” komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri qazanmışdı.

Fransa Fələstini dövlət kimi tanıdı

Images (5)

Fransa Prezidenti Emmanuel Makron rəsmi Parisin Fələstini dövlət kimi tanıdığını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda çıxış edən Fransa lideri bildirib: “Mən bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm”.

Lavrovla Rubio arasında görüş planlaşdırılır

Lavrov rubio

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında geniş gündəliyə malik görüş planlaşdırılır. Qerbxeber.com-un xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində müvafiq suala cavab verərkən deyib. “Bu, planlaşdırılır və uzun bir gündəm var. Görüşün özü vacibdir”, – o söyləyib.

“Qalatasaray” növbəti qələbəsini qazandı

galatasaray

Türkiyə Superliqasının VI turunun bağlanış matçında “Qalatasaray” “Konyaspor”la qarşılaşıb. Qerbxeber.com xəbər verir ki, “Rams Park”da baş tutan matç ev sahiblərinin 3:1 hesbalı qələbəsi ilə bitib. “Sarı-qırmızılar”ın qollarını Yunus Akgün (23), Mauro İkardi (45+1) və Lukas Torreyra (64) vurublar. Qonaqların heyətində isə Umut Nayir (80) adını tabloya yazdırıb. Qeyd edək ki, cari mövsüm maksimum nəticə göstərən … Read more

Moskvaya PUA hücumları başladı…

Moskva Pua

Rusiyanın paytaxtı Moskvaya PUA hücumları qeydə alınıb. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. O bildirib ki, hava hücumundan müdafiə sistemləri PUA hücumlarının qarşısını alır. Hücumla əlaqədar Moskva aeroportlarında “Xalça planı” elan edilib. *** Moskvaya hücum edən 7 PUA vurulub. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib. “Moskvaya … Read more

İlham Əliyev və xanımı Nyu Yorkda

Ilham eliyev mehriban eliyeva sefer

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində işgüzar səfərdədir. Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu York şəhərinin Con Kennedi Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

Zelenski ilə Trampın görüş vaxtı bəlli oldu

Tramp zelenski 2

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş sabah baş tutacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Qeyd edək ki, görüş Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçiriləcək.

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar

Qırmızı korpu

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə xüsusi karantin rejimi … Read more

DTX rəisi: Terorçuluğun qarşısının alınmasında xüsusi xidmət orqanlarının müstəsna rolu var

1200px ali naghiyev (cropped)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və … Read more

Macarıstan XİN rəhbəri: Ümid edirəm ki, Rusiya-NATO qarşıdıurması olmayacaq

Siyatro

Macarıstan NATO ilə Rusiya arasında hərbi qarşıdurmanın olmayacağına ümid edir. Qerbxeber.com xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində TASS müxbirinə bildirib. “Biz ümid edirik ki, Rusiya və NATO arasında gələcəkdə hər hansı eskalasiya baş verməyəcək. Gərginliyi aradan qaldırmağın yeganə yolu Ukraynada sülhdür”, – nazir əlavə edib.

Ukrayna dronları Krımda Rusiya təyyarə və helikopterlərini məhv edib-İLK DƏFƏ

Uk dron

Ukrayna Müdafiə qüvvələrinin dronları Krımda Rusiya ordusuna məxsus iki Be-12 amfibiya təyyarəsini və Mi-8 helikopterini məhv edib. Qerbxeber.com xəbər verir ki, bu barədə APA “Unian“ -a istinadən məlumat yayıb. Qeyd edilir ki, Be-12 “Çayka” amfibiya təyyarələri sualtı qayıqların aşkarlanması və onlarla mübarizə aparmaq üçün qiymətli avadanlıqla təchiz olunub. Bununla yanaşı, Rusiyanın iki neft emalı zavodu və elektrik təchizatı stansiyası da … Read more

Donald Tusk: Polşanın hava məkanını pozan obyektlər istisnasız vurulacaq

Tusk

Polşa hava məkanını pozan və təhlükə yaradan obyektləri tərəddüdsüz vuracaq, lakin daha qeyri-müəyyən situasiyalarda ehtiyatlı yanaşma göstərəcək. Qerbxeber.com bildirir ki, APA -nın “Reuters“ə istinadən xəbərinə görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib. Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının … Read more

Kaya Kallas və Ceyhun Bayramov Aİ-Azərbaycan əlaqələrinin durumunu müzakirə edib

Kallas bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında bildirib. Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. Müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir … Read more

Rusiya Estoniyanın ittihamlarını əsassız adlandırıb

Kreml

Kreml Tallinin Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı iddialarını boş və əsassız hesab edir. Qerbxeber.com APA-ya istinadən məlumat verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib. Kremlin sözçüsü deyib ki, Rusiya ordusu ciddi şəkildə beynəlxalq qaydalar, o cümlədən uçuşlarla bağlı qaydalar çərçivəsində fəaliyyət göstərir. Peskov Ukrayna silahlı qüvvələrinin Krıma hücumu ilə bağlı sualları isə Müdafiə … Read more