Peskov: Biz müharibəni udmalıyıq

Oleq peskov

Rusiya müharibəni udmalıdır. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “İndi müharibənin ən kritik mərhələsidir və olduqca taleyüklüdür. Biz bunu övladlarımız, nəvələrimiz və onların gələcəyi naminə udmalıyıq”, – Peskov bildirib.

Gədəbəydə müəllimləri aparan mikroavtobus aşdı-XƏSARƏT alanlar var

Mikroavobus aşıb

Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb. Qerbxeber.com-un APA -ya istinadən məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb. Hərəkətdə olan “Mercedes “markalı mikroavtobusla “VAZ” markalı minik maşını toqquşub. Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Xəsarət alanlar – … Read more

Ukrayna Rusiyanın ən böyük neft-kimya kompleksini vurdu

Pua

Rusiyada “Qazprom neft-kimya Salavat” MMC bu səhər yenidən pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb. Qerbxeber.com Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Başqırdıstan başçısı Radi Xabirov “Telegram” kanalında məlumat yayıb. “Qazprom neft-kimya Salavat” yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk”, – deyə o yazıb. R.Xabirov qeyd edib ki, hadisə yerində təcili … Read more

İlham Əliyev: Azərbaycan TRİPP marşurutunun yaxın zamanlarda…

Ilham

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu”. Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı … Read more

Tramp Zelenski ilə görüşüb

Zelenski tramp

“Biz Ukraynanın döyüş tərzinə böyük hörmətlə yanaşırıq. Bu, həqiqətən təsir edicidir.” Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Voldimir Zelenski ilə görüşü zamanı deyib. O bildirib ki, hava məkanını pozacaqları təqdirdə NATO ölkələri Rusiya təyyarələrini vurmalıdırlar.

Prezident Yunanıstan baş naziri ilə görüşdü

Prezident yunan bas nazir

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, Yunanıstanın baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırdı, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü … Read more

Tramp: Avropa cəhənnəmə doğru gedir

Tramp yeni

Avropa ölkələri miqrasiya böhranı səbəbindən cəhənnəmə doğru gedir. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, “açıq sərhədlərlə uğursuz sınaq” başa çatmalıdır. “İnanın, mən bu məsələləri çox yaxşı başa düşürəm. ABŞ-də biz nəzarətsiz immiqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər … Read more

Britaniyadan xəbərdarlıq: NATO hava məkanında icazəsiz uçuşların qarşısı alınacaq

Ivet kuper

London və NATO müttəfiqləri lazım gələrsə, Avropa hava məkanında Rusiya təyyarələrinə qarşı dayanacaqlar. Bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib. “NATO hava məkanında icazəsiz uçuş həyata keçirən təyyarələrə qarşı durmaq lazımdırsa, bunu edəcəyik”, – Kuper deyib. Britaniyanın xarici işlər naziri əlavə edib ki, Rusiyanın son hərəkətləri təhlükəli və ehtiyatsızlıqdır. Onun sözlərinə görə, bu, … Read more

Ağız Dadı, Həvəs və ya Məcburiyyət! Arıqlamanın Fərqli Yolları-Elnur Nemətovun yazısı

Elnur123

Arıqlama yoluna çıxarkən özümüzə iki əsas sualı verməliyik: 1. Mən bunu həvəslə edəcəyəm, yoxsa məcburiyyətlə? 2. Tövsiyə olunan yeməklərə öyrəşə biləcəyəmmi? Bu iki sual bir-biri ilə sıx bağlıdır. Çünki arıqlama yalnız bədəndə deyil, həm də ağız dadında və zehində baş verən dəyişikliklərdən asılıdır. Gəlin bunların hansının bizə daha yaxşı nəticə verəcəyini araşdıraq. Bu məsələdə diyeta … Read more

Paşinyan: Erməni əsgərlərin Qarabağda nə işi var idi?

Pasinyan 4

Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin … Read more

Prezident Əliyev və birinci xanım BMT mənzil qərargahına gəlib

Prezident və mehriban

Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər. Qerbxeber.com xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Avropa ölkələrinə hücum edən Rusiyadır-Baş nazir

Mette frederiksen daniya premier

Rusiya olduğunu istisna etmirəm. Polşada olmamalı olan dronları gördük. Rumıniyada fəaliyyətlər müşahidə olundu. Estoniya hava məkanının pozulduğunu gördük. Həftəsonu Avropa hava limanlarına qarşı haker hücumları oldu. İndi isə Danimarkada dronlar peyda olub. Görünür ki, Norveçdə də bu baş verib. Qerbxeber.com xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen deyib. Frederiksen əlavə edib ki, … Read more

Şəmkirdə illik istehsal gücü 2 milyon ton olan dəmir zavodu tikiləcək

Demir zavodu

Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq. Zavod Şəmkir rayonunda inşa ediləcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf-a Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində keçirilən brifinq zamanı … Read more

Simonyan Bakıdan kimlərin azad olunmasını xahiş etdi?

Andranik simonyan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan bu yaxınlarda Bakıya səfəri zamanı 10 erməni məhbusun siyahısını onların azad edilməsi xahişi ilə təqdim edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “Hraparak” qəzetinin məlumatına əsasən xəbər yayıb. Məlumata görə, siyahıya Qarabağın keçmiş “hərbi-siyasi rəhbərliyinin” nümayəndələri daxil edilməyib: “İrəvan münasibətlərin normallaşması istiqamətində jest olaraq Erik Kazaryan, Levon … Read more

Paşinyan: Ermənistan Aİ -a üzv qəbul edilməyə bilər,amma…

Pasinyan 1

“Ermənistan üzvlük üçün Avropa İttifaqının standartlarına uyğunlaşmağa çalışır, amma bu, o qədər də asan deyil”. Qerbxeber.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Demokratiyadan danışanda bu çox vacib məqamdır. Hökumət və siyasi çoxluq deyir ki, bizim vəzifəmiz bütün sahələrdə Avropa İttifaqı standartlarına nail olmaqdır. Biz başa düşürük ki, bundan sonra da Avropa İttifaqına … Read more

Ukraynadan Rusiya bölgələrinə dağıdıcı zərbələr

Dron yanır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Bryansk və Samara vilayətlərində iki mühüm neft emalı obyektinin və işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəsinin məhv edildiyini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Baş Qərargah sosial media hesabında məlumat verib. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Kreml Ukraynanın Moskvaya PUA hücumlarına münasibət bildirib

Kreml

Rusiya ordusu PUA hücumlarına qarşı effektiv tədbirlər görür. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Moskvaya kütləvi dron hücumuna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ukrayna dronlarının hücumlarına baxmayaraq, Rusiya xüsusi əməliyyatını davam etdirir. Kremlin sözçüsü Moskvanın Polşanın xarici işlər naziri Sikorskinin Polşa hava məkanının pozulması ilə bağlı bəyanatlarına … Read more

Erməni deputat: Kilikiya haqqında xəyallarla yaşayan sülh istəməz

Maria karapetyan

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sülh gətirəcəyinə həmişə şübhə etmişəm”. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan deyib. “Levon Ter-Petrosyanın səhifəsində bəzi cəfəngiyyatlar dərc olunub. Bununla belə, 2017-ci ildə sülh gündəliyinə səs verdiyim üçün peşman deyiləm. Həmişə şübhə edirdim: Kilikiya haqqında xəyallarla yaşayan və ona qarşı olanları “tatar-monqol” adlandıran siyasi … Read more

Ərdoğandan Trampa jest: ABŞ mallarına qoyulan rüsum ləğv edildi

Tramp erdogan

Türkiyə hökuməti 2018-ci ildən ABŞ-dən idxal olunan bəzi mallara tətbiq olunan rüsumları aradan qaldırıb. Qerbxeber.com xəbər verir ki,bu barədə qərar “Resmi Gazete”də dərc olunub. Ləğv qərarı 33 məhsul kateqoriyasına təsir edib. Bunlara spirtli içkilər, minik avtomobilləri, tütün və kosmetika üçün əlavə rüsumlar daxildir. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, bu qərar uğurlu və effektiv danışıqlardan sonra … Read more

Tramp Qazaxıstan Prezidentini təbrik etdi: Tarixin ən böyük razilaşmasını imzaladıq

Tramp tokayev

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi ikitərəfli ticarət anlaşmasına görə təbrik edib. Qerbxeber.com xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb. “Amerika lokomotivlərinin və dəmir yolu avadanlıqlarının alınması üzrə tarixdə ən böyük sövdələşmə imzalanıb, dəyəri 4 milyard dollardır. Biz illərdir psevdoekoloqların hücumuna məruz qalan Amerika dəmir yolu sənayemizi dəstəkləməliyik. Prezident Tokayevi … Read more