Moskvaya PUA hücumları başladı…
Rusiyanın paytaxtı Moskvaya PUA hücumları qeydə alınıb.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
O bildirib ki, hava hücumundan müdafiə sistemləri PUA hücumlarının qarşısını alır.
Hücumla əlaqədar Moskva aeroportlarında “Xalça planı” elan edilib.
***
Moskvaya hücum edən 7 PUA vurulub.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
“Moskvaya hücum edən 7 pilotsuz uçuş aparatı məhv edilib. İlkin məlumata görə, heç bir ziyan dəyməyib”, – mer qeyd edib.
***
Ukraynadan Moskvaya kütləvi dron hücumu davam edir.
Bu barədə məlumat verən paytaxt meri Sergey Sobyanin deyib ki, Moskvaya uçan daha iki PUA vurulub.
Yerlərdə dağıntıların olduğu bildirilib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı