Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ermənistanın keçmiş baş naziri: “Rusiya sülhməramlıları tezliklə regionu tərk edəcək”

B8249638 38c2 3b90 9787 f0359184701d

“Rusiya sülhməramlıları tezliklə regionu tərk edəcək”. “Qərb Xəbər” xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan atasında sülh müqaviləsi imzalandıqdan sonra Rusiya sülhməramlılarının bölgədə qalması mənasızdır. Qrant Baqratyan vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib.

Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib

527feb08 1488 308c a28b c568b35eb3de

Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Bu barədə “Qərb Xəbər” Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının feysbuk səhifəsinə istinadən xəbər verir. Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-ları vurulub, lakin dağıntıların … Read more

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək

95bdcfd9 4c6b 3dd0 96df 7179d6c581d0

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçiriləcək. “Qərb Xəbər”in məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL … Read more

Nyu-York əhalisi şəhəri tərk edir

2023 06 09 15 48 01ECdehFG5UcLGY6eb28kB file

Kanadada başlayan meşə yanğınlarının tüstüsü Nyu-York və Filadelfiya şəhərləri başda olmaqla bir çox bölgəni bürüyüb. Tüstünün yaratdığı təhlükəli hava səbəbilə Nyu-Yorkdakı bəzi sakinlər evlərini təcili satışa çıxarıb. “Google” axtarış məlumatlarının təhlili nəticəsində “evimi sat” üzrə axtarışların bir həftə ərzində 4 dəfə artdığı məlum olub. Qeyd edək ki, meşə yanğınlarının tüstüsü səbəbilə Nyu-Yorkda hava çirkliliyi indeksi … Read more

Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək

Thumbs b c 3a6ae9377de0cdb267f03570447c1684

Türkiyə payızda planlaşdırılan rotasiya çərçivəsində Kosovoda NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək. Bu barədə xarici mətbuat məlumat yayıb. Bildirilib ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Təhvil-təslim Kosovonun şimalında baş verən son zorakılıqdan çox əvvəl planlaşdırılıb. Hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib. Çərşənbə günü … Read more

Naxçıvanla bağlı dəyişiklik təsdiqləndi

Naxcivan yeni

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluğu haqqında” qanununa dəyişikliyi təsdiqləyib. Bundan başqa, səlahiyyətli nümayəndənin müavinlərinin inzibati vəzifələrin ikinci təsnifatına, eləcə də nümayəndəlikdə mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.

Everestdən də yüksək yeraltı dağlar kəşf edildi

Underground,River,At,Tuckaleechee,Caverns,,Tn

Alimlər Everestdən 4,5 dəfə yüksək yeraltı dağlar aşkar ediblər. “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir ki, yeraltı dağ silsilələrinin bəziləri 38 kilometrə çatır. Tədqiqatçıların fikrincə, onlar Yerin nüvəsinin və mantiyasının kənarında təxminən 3000 kilometr dərinlikdə gizlənirlər. Nəzəriyyələrə görə, bu yeraltı dağlar Yer kürəsinin dərinliyindəki qədim okean qabıqlarının qalıqlarıdır. Başqa bir nəzəriyyə iddia edir ki, … Read more

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

Ferman

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanacaq. “Qərb Xəbər” bildirir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb. Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək. Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək … Read more

Azərbaycanın “Spartan”ı gəlir

1686307289 frbr 160716 spartan

Rusiya-Ukrayna müharibəsi fonunda Avropada Soyuq Müharibənin başa çatmasından sonra gərgin vəziyyət hökm sürür. Təsadüfi deyil ki, 2022-ci ildə dünya ölkələrinin ümumi hərbi xərcləri rekord həddə çatıb. Xüsusilə, Avropa ölkələri müdafiə xərclərini kəskin artırıb.   Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bir neçə ay əvvəl açıqladığı hesabatda qeyd olunub ki, dünya ölkələrinin hərbi sahəyə xərclədiyi vəsaitin cəmi 2022-ci … Read more

Zakir Həsənov azad edilmiş ərazilərə gedib

411f1b26 dbbc 39f9 b3c2 dfccd047d5d4

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir. İyunun … Read more

İrana qarşı hərbi addımlar atmağa hazırıq – Netanyahu

D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə “Sky News” telekanalı məlumat yayıb. Baş nazir İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə edəcəyini bəyan edib. “Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə … Read more

İyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir

Erdoğannnnn

Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır. Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək. Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, həmkarı Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir. Qeyd edək ki, Ərdoğanın Bakı səfəri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Modern.az 

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

Polis

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Allahyar Məmmədov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Üzərindən heroin aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elxan adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Allahyar Məmmədova narkotik maddəni 20 manata satmaqda şübhəli bilinən … Read more

Həm Apelyasiya, həm də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik – Vəkil

Ilkin nermin

Mediada “Nərmin işi” kimi təqdim olunan məlum proses ciddi ictimai diqqət çəkib. 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanov barəsində məhkəmənin bu həftə çıxardığı hökm birmənalı qarşılanmadı. Əksəriyyət deyir ki, bu qərar ədalətsizdir. İstintaq İlkin Süleymanovun Nərmini öldürməsinə lap əvvəldən ictimai inamı təmin edə bilmədi. Burada … Read more

Bağça müəllimlərinin sertifikasiyadan keçməsinə qərar verildi

1685956301 b2

Azərbaycanda bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.   Dəyişikliyə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.   Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə … Read more

Kreditlə bağlı qanun layihələri hazırlandı

Kredit

Azərbaycanda bank olmayan kredit təşkilatlarına kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması, kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.   Komitə sədri bildirib ki, qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və BVF-nin tövsiyələrindən istifadə edilib: “Qanun layihələrinin … Read more

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Dovlet qullugu

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Magistratura üzrə proqnozlaşdırılan qəbul yerlərinin sayı açıqlanıb

Elm və təhsil

Növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə proqnozlaşdırılan qəbul yerlərinin sayı açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə məlumat verib. Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində magistratura səviyyəsi üzrə yerlərin sayının 6478 olacağı gözlənilir.

Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

087c537b 6513 3e12 a5c8 b12248a15e32

Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma … Read more