Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Bu il 1580 əkiz, 75 üçəm, 4 dördəm doğulub

Images 2023 08 14T153150.388

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi … Read more

Azərbaycanda əhalinin sayı açıqlanıb

Images 2023 08 14T152530.042

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 151 517 nəfər təşkil edib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, əhalinin ümumi sayının 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Dövlət qulluğuna qəbulun test imtahanlarının nəticələri elan olunub

Dim

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün avqustun 13-də keçirilən test imtahanlarının nəticələri elan olunub. Bu barədə “Qərb Xəbər”ə  DİM-dən məlumat verilib. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2023-cü il avqustun 13-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati icraçı vəzifələrə aid BB vəzifə … Read more

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Mn

Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.   … Read more

Bu gündən X siniflər üçün şagird yerdəyişməsinə start veriləcək

Indir 2023 08 14T123952.907

Bu gün saat 15:00-dan 10-cu siniflər üçün şagird yerdəyişməsinə start veriləcək. Bu barədə “Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək. Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim … Read more

Rus pilotlar Ermənistanda təlim uçuşları həyata keçirib

64d9e2a8c518564d9e2a8c5186169200093664d9e2a8c518364d9e2a8c5184

Rus pilotlar Ermənistanda təlim uçuşları həyata keçirib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları akrobatik elementlər yerinə yetiriblər. Təlimlər Erebuni aerodromunda həyata keçirilib. Uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, 20-yə yaxın hərbi və … Read more

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb

Indir 2023 08 14T094436.629

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb. “Qərb Xəbər”in əldə etdiyi məlumata görə, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib. Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib. Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb. Faktla bağlı Tovuz Rayon … Read more

Son sutkada Rusiyanın İran istehsallı 15 PUA-sı vurulub

Pua3

Son sutkada Ukraynaya hücum edən Rusiyanın İran istehsallı 15 “Shahed” pilotsuz uçuş aparatı (PUA) məhv edilib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmçinin 8 qanadlı raket zərərsizləşdirilib. Hücumun nəticələri dəqiqləşdirilir.

Aİ ölkələri Ukraynaya 20 milyard avro dəyərində hərbi yardım göndərib

64d9a850e0a9c64d9a850e0a9d169198600064d9a850e0a9a64d9a850e0a9b

Avropa İttifaqı hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynaya ümumilikdə 20 milyard avro dəyərində hərbi yardım göndərib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Peter Stano bildirib. Onun sözlərinə görə, bu məbləğə həm ayrı-ayrı dövlətlərin tədarükü, həm də Ukrayna Silahlı Qüvvələrinin ümumavropa fondlarından maliyyələşməsi daxildir.

Şəmkir sakini avtomobilin içərisində yanaraq ölüb

100c08c0 49da 4484 9f1d 10a0b5a28db7

Şəmkir rayon sakini avtomobilin içərisində yanaraq ölüb. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobilin yanması nəticəsində avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Zamiq Böyükkişiyev yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə Kür çayında Qazaxlı ailə batıb

Indir 2023 08 14T085230.452

Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub. “Qərb Xəbər”in məlumatına görə, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur. Eyni zamanda Kür çayında batanların anaları – 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında … Read more

Müharibə Araşdırmaları İnstitutu: Ukrayna qoşunları cəbhənin iki hissəsində irəliləyib

879d5501 fe60 3b7e ba4e 7c3ce307e060

Avqustun 13-də Ukrayna qoşunları cəbhənin azı iki hissəsində əks-hücum əməliyyatları keçirib və Donetsk – Şərqi Zaporojye bölgəsinin qərbində və Zaporojye vilayətinin qərb hissəsində irəliləyib. “Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun gündəlik hesabatında deyilib. İnstitut xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qüvvələrinin Berdyansk və Melitopol istiqamətlərində hücum əməliyyatları aparması … Read more

Kəlbəcər və Sədərək istiqamətində mövqelərimiz atəşə tutulub

Mn1

Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz … Read more

Ukranyada müharibə nəticəsində 500 uşaq ölüb

Ukrayna usaq

Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub. “Qərb xəbər” bildirir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, … Read more

“Qalatasaray” mövsümə heç-heçə ilə başlayıb

Galatasaray

Türkiyə Super Liqasının son çempionu “Qalatasaray” 2023/2024 mövsümünə heç-heçə ilə start verib. “Qərb xəbər” bildirir ki, İstanbul nəhəngi səfərdə “Kayserispor”un müqavimətini qıra bilməyib. Qarşılaşma qolsuz başa çatıb. Bu nəticədən sonra hər iki komanda mövsümə hərəyə 1 xalla başlayıb. Super Liqanın ikinci həftəsində “Qalatasaray” öz meydanında “Trabzonspor”la görüşəcək. “Kayserispor” isə “İstanbulspor”un qonağı olacaq.

Yenidən dirilişin simvolu: Azərbaycan ziyalılarının yetişdiyi Qazax Müəllimlər Seminariyasından REPORTAJ

411eb1da 11e3 3628 83bd 96d9d9276882

Milli özünüdərkin azadlığına qovuşduğu, milliliyə qayıdışın başladığı yerdə – Qazaxda, Müəllimlər Seminariyasının qarşısındayıq. Firidun bəy Köçərli və həyat yoldaşı Badisəba xanımın heykəli ilə üz-üzə dayanmışıq. İkisinin də donmuş baxışları gözlərimə zillənib. Zamanı 105 il əvvəllə çəkib eyni yerdə dayansam, bəlkə də, bu baxışların qaynayan, hətta şövqlə çağlayan halını görərdim. Yəqin, eyvanlarından boylanıb qonaqlarının gəldiyini görən … Read more

İcbari sığortaya daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri müəyyənləşib

A9900d85 2ff6 3286 8aba 2fa68d57c19c

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri müəyyənləşib. “Qərb Xəbər” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb. Yeni siyahı və tariflərlə bu link vasitəsilə tanış olmaq mümkündür.

Qarabağın erməni sakinlərinin BQXK vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb

64d73be4595c364d73be4595c4169182717264d73be4595be64d73be4595c0

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub. “Qərb Xəbər” xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər. Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus 9 nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan 3 nəfəri BQXK-nin üzvü, 9 sürücü, 10 … Read more

Sabah bəzi rayonlarda 44 dərəcə isti gözlənilir

Hava

Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yagmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı … Read more

Ağstafada qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşüb

Indir 2023 08 12T103636.583

Ağstafada baş verən yol qəzasında 6 nəfər xəsarət alıb. “Qərb Xəbər”in məlumatına görə, xəsarət alanlar 1989-cu il təvəllüdlü Məhərrəmova Şəhla Vilayət qızı, 1961-ci il təvəllüdlü Məmmədova Sülhiyyə Camal qızı, 1984-cü il təvəllüdlü Məmmədov Nəbi Cümşüd oğlu, 2013-cü il təvəllüdlü Məmmədov Cümşüd Nəbi oğlu, 2016-cı il təvəllüdlü Məmmədov Tunar Nəbi oğlu, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal … Read more