Ağstafa

Ağstafada qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşüb

12 avqust / 10:36 1 dəq
Indir 2023 08 12T103636.583
12 avqust / 10:36
Burada sizin reklamınız ola bilər

Ağstafada baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

“Qərb Xəbər”in məlumatına görə, xəsarət alanlar 1989-cu il təvəllüdlü Məhərrəmova Şəhla Vilayət qızı, 1961-ci il təvəllüdlü Məmmədova Sülhiyyə Camal qızı, 1984-cü il təvəllüdlü Məmmədov Nəbi Cümşüd oğlu, 2013-cü il təvəllüdlü Məmmədov Cümşüd Nəbi oğlu, 2016-cı il təvəllüdlü Məmmədov Tunar Nəbi oğlu, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusif oğludur.

 

Qeyd edək ki, əvvəlcə “VAZ 2106” ilə “Toyota Camry” markalı avtomobillər toqquşub və 6 nəfər xəsarət alıb. Xəsarət alanları xəstəxanaya aparan “QAZel” markalı təcili tibbi yardım avtomobili isə “Opel” markalı minik maşını ilə toqquşub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı