Son sutkada Ukraynaya hücum edən Rusiyanın İran istehsallı 15 “Shahed” pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmçinin 8 qanadlı raket zərərsizləşdirilib.
Hücumun nəticələri dəqiqləşdirilir.