Türkiyədə meşə yanğını
Türkiyənin Əskişəhər şəhərində meşə yanır. “Qərb Xəbər” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və meşə təsərrüfatı işçiləri cəlb olunub. Eyni zamanda qayalıq ərazidə baş verən yanğının söndülməsi üçün 1 amfibiya təyyarə və 2 helikopterlə də havadan müdaxilə edilir.