Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Imtahan 700x403

21-23 avqust tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə “Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 045 namizəd müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib. Qeyd edək ki, MİQ-in vakansiya seçimi mərhələsində uğur … Read more

MN: “Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib”

D03d636e 0f9d 33b6 8426 a3310b9dc6fe

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Döyüş təyyarələrimiz havaya qaldırıldı

1692952624 584f5d30 7220 3fa1 b4e3 3396089453a1

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər icra … Read more

Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edib

Eafb5715 25f5 349c a7d8 a441611a9190

Bu gün energetika naziri Pərviz Şahbazov Gədəbəydə vətəndaşları qəbul edib. “Qərb Xəbər”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, qazlaşdırma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün … Read more

Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar yalnız Azərbaycan QAC-ın səlahiyyətindədir – BƏYANAT

64e87bbe0bef364e87bbe0bef416929576301a3ef3dee2aab36d9242457653882b9a

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi Beynəlxalq Qırımızı Xaç Komitəsinin səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir. “Qərb Xəbər”in verdiyi məlumata görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavabında bildirilib. Qeyd edilib ki, Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, … Read more

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər

00943276 d6b2 3b16 8e13 97a8c31aef3e

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər. “Qərb Xəbər” bildirir ki, dövlət başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət … Read more

Şəmkir Rayon Prokurorluğunda “Açıq qapı günü” keçirilib

Indir 2023 08 25T125655.944

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq Şəmkir Rayon Prokurorluğunda “Açıq qapı günü” keçirilib. “Qərb Xəbər”in məlumatına görə, tədbirdə media qurumları və qeyri-hökümət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. İnzibati binanın … Read more

Yol polisindən piyadalara müraciət

Yol polisi esas

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. İdarədən “Qərb Xəbər”ə bildirilib ki, yol qəzaları, o cümlədən piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir. Qeyd edilib ki, bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır. Belə … Read more

Cəbrayılda mina partladı: xəsarət alan var

Mina partlayish

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var. Bu barədə”Qərb Xəbər” DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib. Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub. Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma … Read more

Ukrayna ordusu Krıma zərbə endirib, ölənlər və yaralananlar var

Ca9d493e 4166 3573 bf8a 8087d0eec83a

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasına zərbə endirib. “Qərb Xəbər” Ukrayna KİV-inə istinadən xəbər verir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsi atəşə tutulub. Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb. Əməliyyatın təfərrüatları məlum deyil. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan olunub

55jpg

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə “Qərb Xəbər”ə  Təhsil İnstitundan məlumat verilib.   Bildirilib ki, 9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4300 nəfər uğur qazanıb. Qeyd edilib ki, müsahibələrdə uğur qazanan namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən … Read more

Kəlbəcərdə ağır qəza: 2 Türkiyə vətəndaşı öldü

Indir 2023 08 25T112916.068

Kəlbəcərdə avtomobil dərəyə aşıb, 2 Türkiyə vətəndaşı ölüb, xəsarət alan var. “Qərb Xəbər” xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mitsubişi” markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları – 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci … Read more

ADA Universitetinin Qazax Mərkəzi “Bir müəllimin manifesti” ixtisasartırma proqramına qəbul elan edib

Ada (1)

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramına 2023-2024-cü tədris ilində iştirak üçün sənəd qəbulu elan edib. Bu barədə”Qərb Xəbər”ə ADA Universitetindən məlumat verilib. Bu, ADA Qazax Mərkəzində təqdim edilən ilk təhsil proqramı olub, üçüncü ildir ki, həyata keçirilir. Proqram yalnız regionlardan olan orta məktəb müəllimləri və direktorları üçün nəzərdə tutulub. Proqramın … Read more

Separatçılar şərt irəli sürdü – Əməliyyat qaçılmazdır

Indir 2023 08 25T104638.901

Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. “Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb. “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, – separatçı deyib. Separatçı … Read more

Tovuzda sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Qaz problemi

Tovuz rayonunun Dönük Qırıqlı kənd sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. SOCAR “Azəriqaz” İstehsalat Birliyindən “Qərb Xəbər”ə verilən məlumata görə, Dönük Qırıqlı kəndində “Açıq mikrofon” aksiyası keçirilib. Aksiya çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı kənd sakini Dəmir Qurbanlı bunları deyib: “Tovuz rayonunun Dönük Qırıqlı kəndinin yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmirik. Kənd meşə zolağından … Read more

Rusiya MN: Ukraynaya məxsus 42 PUA hücum edib

64e81c673a90f64e81c673a910169293322364e81c673a90b64e81c673a90e

Rusiya ərazisi gün ərzində Ukraynaya məxsus 42 pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, onlardan 33-ü elektron döyüş vasitəsi ilə məhv edilib, 9-u hava hücumundan müdafiə sistemi ilə vurulub.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında qələbə qazanıb

Images 2023 08 25T085904.358

“Qarabağ” növbəti avrokubok oyununa çıxıb. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirib. Qurban Qurbanovun yetirmələri Sloveniya “Olimpiya”sının qonağı olub. Çempionlar Liqası ilə vidalaşan rəqiblərin dueli Lyublyanada baş tutub. Cari avrokubok mövsümündə bütün qarşılaşmalarda qol vuran Ağdam klubu bu dəfə də uğur qazanıb. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun … Read more

Zabux kəndinə ilk köç başlayıb

Indir 2023 08 25T084305.606

Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb. “Qərb Xəbər” xəbər verir ki, avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulacaq. İlk mərhələdə kəndə 20 ailə – 88 nəfər köçürülür. Onların … Read more