Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar yalnız Azərbaycan QAC-ın səlahiyyətindədir – BƏYANAT

25 avqust / 14:45 3 dəq
64e87bbe0bef364e87bbe0bef416929576301a3ef3dee2aab36d9242457653882b9a
25 avqust / 14:45
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi Beynəlxalq Qırımızı Xaç Komitəsinin səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir.

“Qərb Xəbər”in verdiyi məlumata görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavabında bildirilib.

Qeyd edilib ki, Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır: “Belə ki , həmin razılaşmaya görə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının hüdudlarında bu sahədə müstəsna hüquqlara malik deyil. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi BQXK-nın səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir, onunla koordinasiya şəklində həyata keçirilir.

Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla – Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq.

Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı