Rusiya ilə raket və hücum silahlarını müzakirə etməyin ən yaxşı yolu birbaşa danışıqlardır.
“NATO Rusiyanı təhdid etməyən müdafiə ittifaqıdır. Biz Rusiyanın təhlükəsizlik problemlərini müzakirə etmək, silahlara nəzarət mövzusunu nəzərdən keçirmək üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduğumuz barədə illər və aylardır danışırıq. Əgər onlar raketlərdən və hücum silahlarından narahatdırlarsa, o zaman bunu həll etməyin ən yaxşı yolu raketlərin sayını necə azalda biləcəklərini müzakirə etmək üçün danışıqlar masasına oturmaqdır. Biz bunu əvvəllər də etmişik, Rusiya ilə razılaşmalar əldə etmək olar”,
Xatırladaq ki, bu barədə NATO-nun baş katibi Stoltenberq açıqlama verib