Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycan və Belçikanın XİN başçıları Zəngəzur dəhlizi məsələsini müzakirə ediblər

24 avqust / 19:37 2 dəq
D9af8
24 avqust / 19:37
Burada sizin reklamınız ola bilər

“Belçikanın xarici işlər naziri Hadja Lahbiblə görüşdə Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə etdik”.

“Qərb xəbər” bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda H.Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.

C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

“Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyaların açılmasının Ermənistanın öhdəliyi olduğunu diqqətə çatdırdım. Delimitasiya barədə həmkarıma məlumat verdim. Bildirdim ki, ötən 30 il ərzində delimitasiya imkanları mövcud deyildi və bunun mövcud olmama səbəbi Ermənistanın işğal siyasəti idi. Azərbaycan torpaqları işğaldan azad olunandan sonra bu məsələyə start vermək mümkün olub və bu istiqamətdə mühüm addımlar atılıb”, – nazir vurğulayıb.

C.Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir: “2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçika Azərbaycana 120, Azərbaycan isə Belçikaya 250 milyon dollar investisiya qoyub”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı