Ermənilər Qarabağa qayıtmağa hazır deyil-Lilit Minasyan

Lilit minasyan 2

Ermənilər Azərbaycanın Qarabağ İqtisadi Rayonuna qayıtmağa hazır deyillər. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan bildirib. Ermənistan müxalifətinin ermənilərin Rusiya pasportu ilə Qarabağa gedib yaşamağa hazır olub-olmaması ilə bağlı onlayn apardığı sorğular barədə suala deputat belə cavab verib: “Onların halına acıyıram. Hələ də Rusiya pasportuna bel bağlayan müxalifətimiz … Read more

Rusiyanın Polşaya hücumu məqsədli olub-XİN başçısı

Polşa xİn

Rusiyanın Polşa ərazisinə pilotsuz uçuş aparatları ilə etdiyi son hücumlar təsadüfi olmayıb, bu məqsədli şəkildə edilib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu bəyanatı Ukraynada səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdəki Polşa səfirliyinin qarşısında çıxış edərəkən verib. “Həmin gecə Polşaya 19 rus dronu göndərilən zaman, Ukraynaya 400-dən çox raket və əlavə 40 … Read more

Türkiyə və Ermənistan arasında daha bir görüş baş tutdu

Türkiye ermenistan

Bu gün İrəvanda Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç və erməni həmkarı Ruben Rubinyan arasında keçirilən görüş başa çatıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, görüş Ermənistan Xarici İşlər Nazirliyinin binasında keçirilib.

Donald Tramp Qazaxıstan və Özbəkistana səfər edə bilər

Tramp muraciet

Donald Tramp Mərkəzi Asiya ölkələrinə səfər edən ilk ABŞ prezidenti ola bilər. Qerbxeber.com Teleqraf -a istinadla xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb. Bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bundan əvvəl Amerika liderini Daşkəndə dəvət edib: “Özbəkistan tərəfi artıq bir neçə dəfə dəvət göndərib və apreldə xarici işlər naziri Bəxtiyor Saidovun başçılıq etdiyi … Read more

Ukrayna Rusiya ərazisinə 220 -dən çox PUA ilə hücum edib

Pua yeni

Sentyabrın 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə 220-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri Bryansk, Smolensk, Leninqrad, Kaluqa, Novqorod, Oryol, Belqorod, Rostov, Tver, Pskov, Tula, Kursk vilayətləri və Moskva regionu üzərində 221 uçuş aparatını ələ keçirib və məhv … Read more

Ermənistan Prezidenti: Biz Rusiyanın “kiçik qardaşı” deyilik

Vaaqn Xaçatryan

 Ermənistan Prezidenti Vaagn Xaçatryan  Cənubi Qafqazda müharibə mümkün deyil. Baş nazir kimi mən də Azərbaycan və Türkiyə ilə sülh münasibətlərinə inanıram” Bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan RTVİ-yə müsahibəsində bildirib. O həmçinin qeyd edib ki, Rusiya artıq Ermənistana “kiçik qardaş” kimi baxmır və İrəvanla Moskva arasında bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurulub.

Ter-Petrosyandan Zəngəzur təklifi

Levon ter petrosian

“Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” adından istifadə etməliyik”. Qerbxeber.com Bakupost.az – a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib. Keçmiş prezident yerli KİV-ə müsahibəsində Zəngəzur dəhlizi məsələsinin həllini necə təsəvvür etdiyi soruşulduqda belə cavab verib: “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etməkdən çəkinərdim, çünki bu, cəmiyyətimizin fəal təbəqəsində narazılıq doğurur. Ona görə … Read more

Polşa dron əleyhinə mübarizədə Ukrayna ilə əməkdaşlıq edəcək

Dron əleyhinə

Polşa dron əleyhinə sistemlərin hazırlanması üzrə Ukrayna ilə dərhal əməkdaşlığa başlayacaq. Bu barədə jurnalistlərə ölkənin baş naziri Donald Tusk məlumat verib. “Biz həmçinin Ukrayna ilə anti-dron sistemləri kontekstində sıx əməkdaşlıq edəcəyik. Dünən telefonla danışdığım Volodimir Zelenskinin təklifini məmnuniyyətlə qəbul etdim. Mən artıq texniki detallar haqqında danışmışam. Bu gün xarici işlər naziri Radoslav Sikorski Kiyevə getdi. … Read more

ABŞ “Tramp yolu” üçün Ermənistana 145 milyon dollar ayırdı

Zengezur dehlizi xerite cnn

ABŞ “Tramp marşrutu” layihəsi üzrə Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırır. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə bildirib. “Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, “Trampın Beynəlxalq Sülh və Rifah yolu” təşəbbüsü … Read more

Polşa Rusuya və Belarusla sərhəddinə 40 min ordu yerləşdirəcək

Polşa ordusu

Polşa Belarus və Rusiya ilə sərhədə 40 minə yaxın əsgər göndərəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə TPV məlumat yayıb. Qeyd edilib ki, Polşa Rusiya pilotsuz təyyarələrinin hava məkanını pozması insidentindən sonra Rusiya və Belarusla sərhədlərə 40 minə yaxın hərbçi yerləşdirəcək. Vurğulanıb ki, hərbçilərin göndərilməsinin digər səbəbi sentyabrın 12-dən 16-dək Belarusda keçiriləcək Rusiya-Belarus birgə “Zapad-2025” təlimləridir.

İranın Baş Qərargah rəisi Qətərə dəstək ifadə edib

Flag of iran.svg

İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və Qətər Baş nazirinin müavini Səud bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub. Qerbxeber.com “Tasnim”ə istinadən xəbər verir ki, tərəflər İsrailin Qətərə hücumunu müzakirə ediblər. Musəvi vurğulayıb ki, İran silahlı qüvvələri Qətəri dəstəkləmək üçün heç vaxt tərəddüd etməyəcək, çünki “İranın Qətərlə əlaqələri qardaşlıq əsasında qurulub”. Baş … Read more

Ukrayna hərbi təyyarəsi qəzaya uğradı

Vurulan təyyarə

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsi Zaporojye vilayətində qəzaya uğrayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, pilot Aleksandr Borovik həlak olub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Polşaya PUA hücumu

Pua yeni

NATO Polşada PUA insidentinə hərbi-müdafiə cavabı hazırlayır, məqsədi alyansın şərq cinahını gücləndirmək olacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, alyans iki cavab hazırlayır: siyasi və hərbi-müdafiə: “İlk siyasi reaksiyanı artıq NATO-nun baş katibi Mark Rutte və alyans ölkələrinin liderləri bəyan edib və günahı Rusiyanın üzərinə atıb. Hərbi cavabın … Read more

Müəllimlərin sertifikasiya imtahanı üzrə müsahibənin nəticələri elan olunub

Müəllimlərin imtahanı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən bildirilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər. Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 … Read more

Emin Əmrullayev: Əsas problem ibtidai sinif müəllimləri ilə bağlıdır

Emin emrullayev

Sertifikatlaşdırma müəllimləri işdən çıxarmaq üçün deyil. Qerbxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib. O bildirib ki, bu prosesdə 90%-dən çox müəllimin əməkhaqqısı artıb. “Bu prosesdə 10 müəllimdən biri çıxarılır. Əsas problem ibtidai sinif müəllimləri ilə bağlıdı

ETX vətəndaşlara müraciət etdi

Elektron təhlükəsizlik xidmətinin loqosu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır. Xidmətdən verilən məlumata görə, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı … Read more

Polşaya atılan PUA-ların pərdə arxası- Politoloq Kamran Cəfərovun təhlili

Kamran cƏfərov

Bir çoxları hələ də Polşa hava məkanında baş verənlərin əhəmiyyətini dərk etmir. Məsələ dronların sayında və ya Polşa hava məkanına daxil olma məqsədlərində deyil – bu hadisə strateji xarakter daşıyır. Nə baş verib və nə baş verir? Uzaqdan başlayaq. Yəqin ki, çoxunuz “qaynadılan qurbağa” eksperimentini eşitmisiniz. Eksperimentin mahiyyəti belədir: əgər qurbağanı birbaşa qaynar suya atsan, … Read more

Lukaşenko 52 məhbusu azad etdi

Həbs xana

Belarus 52 məhbusu azad edib. Qerbxeber.com APAya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vilnüsdəki səfirliyinin nümayəndəsi bildirib. Həbsdən azad olunan şəxslər hazırda Litvaya doğru yoldadır. Səfirliyin nümayəndəsi bildirib ki, müxtəlif millətlərdən olan məhbuslar ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koulun iştirakı ilə Minskdə aparılan danışıqlardan sonra azad olunublar. Qeyd edək ki, daha əvvəl ABŞ … Read more

Rus kəşfiyyatının Qafqazda gizli fəaliyyəti-Şok detallar

Kreml

Rusiyanın “İnsayder” nəşri Kremlin təsirini yaymaqla məşğul olmuş keçmiş idarənin fəaliyyəti ilə bağlı məlumatlar açıqlayıb. Qerbxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, Rusiyanın yaxın xaricdə mədəni əlaqələr üzrə idarəsinin maraq dairəsinə Ermənistan və Azərbaycanın daxil olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan istiqamətinə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Valeri Çernışov cavabdeh olub. Moskvaya Azərbaycanın tanınmış məmurları, hərbçi … Read more

Bir ayın əsgəri Şəmkirdə həyatını itirdi

əsgər

Azərbaycan əsgəri həyatını itirib. Qerbxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, Şəmkirdə yerləşən “N” saylı hərbi hissədə qulluq edən 19 yaşlı Sənan Quliyev vəfat edib. Mənbənin bildirdiyinə görə bir ayın əsgəri ürək çatışmazlığından dünyasını dəyişib. Vəfat edən əsgər Sənan Quliyev əslən Füzuli rayonunun Qayıdış qəsəbəsindəndir.