Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qazax

Qazaxın anklav kəndləri qaytarılacaq.Ermənistan əhalini sərhəd kəndlərinə köçürür

6 aprel / 23:26 2 dəq
Yuxarı Əkspara
6 aprel / 23:26
Burada sizin reklamınız ola bilər

Ermənistanda azşaylı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb.

Qerbxeber.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib.

Karagezyan bildirib ki, bununla bağlı dövlət proqramı icra edilir: “Proqramda iştirak etmək üçün kənddə tikinti icazəsi, layihə planı və smeta ilə birlikdə torpaq sahəsinə sahib olmaq lazımdır”.

Erməni rəsmi qeyd edib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində işləyirlər.

“Əsasən məktəblərdə boş yer sayının 50 faizdən çox olduğu kəndlərə üstünlük verilir. Bu yerlərin ən azı 20 faizi doldurulmalıdır. Əsas tələblərə əlavə olaraq, bir şərt də var: proqramda iştirak etmək istəyənlərin ən azı 10 yaşdan kiçik bir uşağı olmalıdır. Bununla yanaşı, İrəvanda daşınmaz əmlakı olmamalıdır. Bu, hökumət tərəfindən tikilən əmlakın bağ evinə çevrilməsi riskinə qarşıdır. Proqramda iştirak etmək istəyənlərə sərhəd kəndlərində yaşamaları üçün bütün dəstək veriləcək. Lakin bura Tavuş bölgəsinin 4 sərhəd kəndi daxil deyil: Bağanis, Berkaber, Voskaper və Kirants”, – o bildirib.

Bu kəndlərin istisna edilməsi Azərbaycanla sərhədin delimitasiyası prosesindən qaynaqlanır. Sərhədin müəyyənləşməsi prosesində Qazaxın anklav olan kəndlərinin qaytarılacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı