Almanya kansleri Aİ sammitində Viktor Orbanı Ukraynaya qarşı mövqeyinə görə tənqid edib

Mertz

Almaniya kansleri Fridrix Merz və Macarıstanın baş naziri Viktor Orban Ukraynaya dəstək və təhlükəsizlik məsələlərində fikir ayrılığı yaşayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə APA “Bloomberg“ agentliyinin mənbələrə istinadən məlumatına əsasən xəbər yayıb. Qeyd olunur ki, insident Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammiti zamanı Avropanın Rusiya təhdidlərindən daha yaxşı qorunması və Ukraynaya dəstək yollarının müzakirəsi … Read more

Mette Frederiksen: Avropa ölkələri artıq Rusiyadan gələn təhlükəni qəbul etməlidir

Danimarka baş nazir

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa ölkələrini Rusiyanın imperialist ambisiyalarından irəli gələn real təhlükəni qəbul etməyə və buna uyğun hərəkət etməyə çağırıb. Qerbxeber.com xəbər verir ki, hökumət başçısı bunu Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı səsləndirib. “Bilirəm ki, bəziləriniz üçün Rusiyanın yaratdığı təhlükə çox aydındır, digərlərinə isə uzaq görünə bilər. Amma biz artıq … Read more

Tramp: Ukrayna münaqişəsi bir şəkildə həllini tapacaq

Tramp

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin nizamlanacağına inandığını bildirib. Qerbxeber.com xəbər verir ki, o, bu fikirləri “One America News” telekanalına müsahibəsində səsləndirib. “Biz Qəzzada sülhə nail olacağıq, bu, möhtəşəm bir uğur olar. Daha sonra Rusiya və Ukrayna ilə bağlı vəziyyəti həll edəcəyik – hansısa şəkildə buna nail olacağıq”, – Tramp qeyd edib.

Putin Trampın”kağız pələng” bənzətməsinə sərt cavab verdi

Putin yeni

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiyanı “Kağız pələng” adlandırmasına münasibət bildirib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Valday Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin Rusiyanın Ukrayna ordusu ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşdüyünü söyləyib. “Kağız pələng? Onda gedin bacarın da onunla (Rusiya ilə-red). Bütün bu illər ərzində Rusiya … Read more

Üçüncü dünya müharibəsinin anonsu verildi

Victor orban

Böyük dövlətlərdən biri səhv edərsə, Üçüncü Dünya müharibəsi istənilən vaxt başlaya bilər”. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. “İndi vəziyyət elədir ki, bir səhvə görə dünya müharibəsi başlaya bilər”, – baş nazir qeyd edib. Viktor Orban bunu dünyada ciddi gərginliyin olması ilə izah edib: “Ciddi oyunçuların hər … Read more

Aİ lideri Azərbaycanı mühüm tərəfdaş adlandırdı

Kosta

Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra sosial media hesabında yazıb. Qurum rəhbəri Azərbaycan lideri ilə çox konstruktiv söhbətin baş tutduğunu bildirib: “Azərbaycanı ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda Ermənistanla münasibətlərdə əldə edilmiş son tarixi irəliləyiş münasibətilə təbrik … Read more

ABŞ NATO ölkələrinə Ukraynaya görə silah satmağa davam edəcək

AbŞ hokumeti

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya tədarük üçün NATO üzv dövlətlərinə silah satmağa davam edəcəyini açıqlayıb. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib. “Prezident açıq şəkildə bildirdi ki, biz NATO-ya silah satmağa davam edəcəyik ki, NATO Ukraynaya həmin silahları tədarük etməyə davam edəcək”, o deyib. Sentyabrın 28-də ABŞ-ın vitse-prezidenti … Read more

Putin:Hər bir hadisəyə hazır olmalıyıq.Risk böyükdür

Putin yeni

Hər şeyin çox tez və kardinal şəkildə dəyişdiyi hazırkı qlobal vəziyyət bizdən hər şeyə hazır olmağı tələb edir. Eyni zamanda, hər bir insanın məsuliyyəti xüsusilə böyükdür. Qerbxeber.com Axar.az -a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Valday” Konfransının plenar iclasındakı çıxışında deyib. “Biz dəfələrlə qeyd etmişik ki, biz hər şeyin dəyişdiyi, çox sürətlə dəyişdiyi … Read more

Ermənistan parlamenti “soyqırım” layihəsini qəbul etmədi

Ermeni parlament

Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “58 deputat qanun layihəsinin əleyhinə, 26 deputat lehinə səs verib. 2 deputat isə bitərəf qalıb”, – məlumatda deyilib.

Prezident Əliyev Danimarkada Niderland Baş naziri ilə görüşdü

Aliyev niderland

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının … Read more

İlham Əliyev Kopenhagendə Ukrayna Prezidenti ilə görüşdü

Aliyev zelenski

Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların … Read more

Azərbaycan Prezidenti Kopenhagendə Emanuel Makronla görüşdü

Aliyev makron

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub. Qerbxeber.com xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda … Read more

Şaakaşvili xalqı meydanlara səslədi: Son şansımızdır!

Saakaşvili

Hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır”. Qerbxeber.com  xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili özünün sosial media hesabında deyib. Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq. … Read more

Azərbaycan ərazisində kəskin istilər olacaq

Temperatur

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək. Qerbxeber.com   xəbər verir ki, bu barədə Axar.az  beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozuna əsasən məlumat verib. Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək. Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.

III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub

1759390871840835439 1200x630

Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub. Qerbxeber.com “Report”a istinadən məlumat verir ki, son olaraq 4×100 metr məsafəyə qarışıq estafet yarışında qadınlar arasında medalçılar bəlli olub. Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb. 10:57 Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub. Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, Rusiya … Read more

Əli Əsədov Gürcüstana səfər edəcək

1708065321 1671001628

Baş nazir Əli Əsədov oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək. Qerbxeber.com, bu barədə beynəlxalq tədbirin rəsmi saytında bildirilib. Hökumət başçısı forumun əsas spikerlərindən biri olacaq. Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin himayəsi altında təşkil olunacaq foruma Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılacaq. Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat … Read more

Avropa Komissiyası Ukraynaya 4 milyard avro yardım edəcək

Ukrayna avropa

Avropa Komissiyası Ukraynaya 4 milyard avro məbləğində makroiqtisadi yardımın doqquzuncu tranşını köçürüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat verib. Qeyd olunur ki, Ukraynada mühabirə başlayandən bəri Avropa İttifaqının bu ölkəyə göstərdiyi dəstəyim ümumi məbləği artıq 178 milyard avroya yaxınlaşır. 2025-ci ilin əvvəlindən etibarən Komissiyanın mikroiqtisadi yardım çərçivəsində Ukraynaya göstərdiyi dəstəyin ümumi məbləği 14 … Read more

Ərdoğan: F-35-lərin pulunu ödəmişik,təhvil verilməsini Trampla müzakirə etdik

ərdoğan erdoğan erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə etdiyini bildirib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Ərdoğan sözügedən təyyarələr üçün ödənişin artıq edildiyini vurğulayıb. “Biz onlara dedik ki, pulu verdik, siz isə hələ də F-35-ləri verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”, – Ərdoğan əlavə edib.

Rusiya Şokda: ABŞ Rusiyanın içərilərinə zərbə vurmaq üçün Ukraynaya kəşfiyyat dəstəyi verəcək

Ballistik raket

ABŞ Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək. Qerbxeber.com  xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat verib. Məlumata görə ölkə rəsmiləri NATO ölkələrini də analoji dəstək verməyə çağırırlar. Qəzetin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Ukraynaya əlavə kəşfiyyat məlumatı vermək … Read more